Pleyeri seçin:

"Şahdəniz"dən hasil edilən qazın miqdarı açıqlandı

28 avqust 2023 409 baxış

“Şahdəniz” yatağından indiyədək ümumilikdə 200 milyard kubmetr qaz çıxarılıb.

"BP-Azərbaycan"dan verilən məlumata görə, 200 milyardıncı kubmetr qaz 26 avqust 2023-cü ildə, yəni yataqdan ilk qazın çıxarılmasından 16,5 il sonra əldə olunub.

2006-cı il dekabrın 15-də əldə edilən ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri “Şahdəniz mərhələ 1” qazı Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılıb.

“Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi “Şahdəniz 2” layihəsi 2018-ci ildən istismardadır. “Şahdəniz mərhələ 2” layihəsinin işə salınması Azərbaycana öz enerji tarixində ilk dəfə olaraq Avropanın əsas qaz təchizatçılarından birinə çevrilmək imkanı yaradıb. 2020-ci ilin dekabrından başlayaraq “Şahdəniz” qazı Avropa bazarlarına nəql olunur. “Şahdəniz mərhələ 2” çərçivəsində Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə və Avropa bazarlarına ildə ümumilikdə 16 milyard kubmetr qaz təchiz edilir.

Hazırda “Şahdəniz” yatağından gündə orta hesabla 72,6 milyon kubmetr qaz hasil edilir.

Azərbaycanda bir ilk: “John Deere”in yeni texnologiyaları ADAU-da təqdim edildi - Baku TV

Azərbaycanda bir ilk: “John Deere”in yeni texnologiyaları ADAU-da təqdim edildi - Baku TV

İqtisadiyyat
21 sentyabr 2026 409 baxış
"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

İqtisadiyyat
20 sentyabr 2026 409 baxış
Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 409 baxış
Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 409 baxış
SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 409 baxış
Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü | Rəsmilər arasında nələr müzakirə olundu? - Baku TV

Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü | Rəsmilər arasında nələr müzakirə olundu? - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 409 baxış
SOCAR Neftçilər Günü ilə bağlı xüsusi videoçarx hazırlayıb - Baku TV

SOCAR Neftçilər Günü ilə bağlı xüsusi videoçarx hazırlayıb - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 409 baxış
Regionların dəyişən siması: turizm, iş və yerli iqtisadiyyat - AKTUAL GÜNDƏM

Regionların dəyişən siması: turizm, iş və yerli iqtisadiyyat - AKTUAL GÜNDƏM

İqtisadiyyat
18 sentyabr 2026 409 baxış
Şamaxıdakı kompleks turizm, istirahət və sağlamlıq xidmətlərini bir məkanda birləşdirir - Baku TV

Şamaxıdakı kompleks turizm, istirahət və sağlamlıq xidmətlərini bir məkanda birləşdirir - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 409 baxış
2027-ci il büdcəsinin ilkin göstəriciləri | Millət vəkili nələri açıqladı? - Baku TV

2027-ci il büdcəsinin ilkin göstəriciləri | Millət vəkili nələri açıqladı? - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 409 baxış
Seçilmişlər
icon