Samir Şərifov Qarabağa ayrılan vəsaitin detallarını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“2020-ci ilin sonundan etibarən işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə hər il dövlət büdcəsindən ayrılmış vəsaitlə yanaşı, əlavə gəlirlər də səfərbər edilməklə 11 milyard manatdan çox pul xərclənib. Cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir”.
Bunu Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
“Həmin vəsaitlər hesabına Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük infrastruktur layihələri tamamlanaraq istifadəyə verilib, eyni zamanda irimiqyaslı layihələrin əsası qoyulub.
Böyük Qayıdış Proqramının ilk addımları olan Zəngilan, Laçın və Füzuliyə 30 ildir Vətən həsrəti yaşayan vətəndaşlarımızın fəxarətli qayıdışına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası gələn illərdə də əsas prioritet olacaq", – deyə nazir əlavə edib.
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
