SOCAR-ın operatorluğu ilə “Üstyurt” layihəsində çöl seysmik işləri uğurla həyata keçirildi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın operatoru olduğu Özbəkistanın “Üstyurt” geoloji-kəşfiyyat layihəsi üzrə çöl seysmik işləri uğurla başa çatdırılıb.
Bu barədə AZƏRTAC şirkətə istinadən məlumat yayıb.
Qeyd edilib ki, 2025-ci ilin dekabr ayında “Üstyurt” geoloji-kəşfiyyat layihəsinə start verilib. Bu müddət ərzində sərt iqlim və məhdud kommunikasiya imkanlarına baxmayaraq, SOCAR-ın operatorluğu ilə çöl seysmik işləri uğurla həyata keçirilib.
Bildirilib ki, layihə regionda yeni texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun aparılıb.
Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" SC Üstyurd neft-qaz regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişini imzalayıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-da görüş | Rövşən Nəcəf və Cou Honqlayanq arasında nələr müzakirə edildi? - Baku TV
- BTC ilə neft daşınmasında yüksəliş | Artımın əsas göstəricisi nədir? - Baku TV
- SOCAR-la bağlı İtaliyadan açıqlama | TAP-ın genişlənməsinə dəstək artır - Baku TV
- SOCAR-ın İtaliya yanacaq bazarına təsiri ölkənin xarici işlər naziri tərəfindən qiymətləndirilib
- Geotermal enerji elektrik və istilik üçün necə istifadə oluna bilər? - Baku TV
