SOCAR-ın qlobal genişlənmə strategiyası barədə məlumat verilib - Baku TV
SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyənin "Karpowership" şirkətinin İdarə Heyətinin sədri Orhan Remzi Karadeniz ilə görüşüb.
Görüşdə qonaqlara SOCAR-ın qlobal genişlənmə strategiyası, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirən SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif istiqamətləri üzrə strateji tərəfdaşlıqlar qurmağa və investisiya portfelini şaxələndirməyə xüsusi önəm verdiyi qeyd olunub.
Söhbət zamanı SOCAR ilə "Karpowership" arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları, o cümlədən elektrik enerjisi istehsalı, enerji infrastrukturu, yeni enerji həlləri və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın 10 faizlik pay əldə etdiyi "Baleine" layihəsi hansı xüsusiyyətləri ilə seçilir? - Baku TV
- "Fitch" SOCAR-ın müstəqil kredit profilini bir pillə artıraraq "bb" səviyyəsinə çatdırıb - Baku TV
- SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Baku TV
- Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
