Pleyeri seçin:
SOCAR-ın zavodu ildə nə qədər xam neft emal gücünə malikdir? - Baku TV
2026-cı ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 560 350 tondan çox dizel yanacağı istehsal edib.
“Report”un Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumatına görə, bu, 2025-ci ilin iyun ayı ilə müqayisədə 23 372 ton və ya 6,13% çoxdur.
Ümumilikdə, bu ilin iyun ayında Türkiyədə fəaliyyət göstərən emal müəssisələrində 1 429 805 tona yaxın dizel yanacağı istehsal edilib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 25 931 ton və ya 1,85% çoxdur.
Qeyd edək ki, zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- Çin şirkətləri SOCAR-la hansı layihələri müzakirə etdi? - Baku TV
- SOCAR neft sızıntılarının qarşısının alınması üçün hansı tədbirləri görəcək? - Baku TV
- SOCAR-da regional tərəfdaşların marağına səbəb olan yenilik - Baku TV
- SOCAR istiqrazları investorlara 18 milyon dollar qazandırıb - Baku TV
- Səngəçalda neçə kompressor istismardan çıxarılacaq? - Baku TV
