SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV
Mövcud boru kəməri infrastrukturundan tam istifadə Cənubi Qafqaz ölkələrinə və qonşu dövlətlərə enerji təchizatı təhlükəsizliyini gücləndirmək və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açır.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində keçirilən dəyirmi masa müzakirəsində bildirib.
SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, Cənubi Qafqaz dövlətləri etibarlı enerji təchizatı, tədarükün şaxələndirilməsi və iqtisadi-ticari əlaqələrin genişləndirilməsində maraqlıdır. Mövcud qaz və neft boru kəmərlərindən tam istifadə bu prosesdə əsas rol oynayır.
O vurğulayıb ki, çoxsaylı nəqliyyat marşrutunun olması, xüsusilə də açıq dənizə birbaşa çıxışı olmayan enerji istehsal edən ölkələr, o cümlədən Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün vacibdir.
