SOCAR və "Qazprom" razılığa gəldi | Əməkdaşlığa nələr aiddir?
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın "Qazprom" şirkəti arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.
Bu barədə Rusiya şirkətinin mətbuat xidməti məlumat yayıb.
"Qazprom" və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik şəkildə inkişaf edir. Bu tərəfdaşlıq çərçivəsində "Şimal-Cənub" layihəsi və genişmiqyaslı elmi-texniki əməkdaşlıq proqramının imzalanması ilə bağlı sentyabr ayında əldə edilən razılıqlar da yer alır. Strateji tərəfdaşlığın genişləndirilməsi barədə də razılıq əldə olunub" , – deyə "Qazprom"un rəhbəri Aleksey Miller bildirib.
Qeyd edək ki, "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə iştirak edib.
#Rusiya teqi istifadə olunub
- Rusiya 2027-ci ilin büdcəsində prioritetlərini yenidən müəyyənləşdirir - Baku TV CANLI
- İrəvandan gələn açıqlama diqqət çəkdi
- Rusiya Prezidentinin kölgəsindəki sirli çanta | Çinə aparılan müəmmalı çamadan - Baku TV
- ABŞ Rusiya ilə razılığa gəlib?
- Böyük Britaniyanın rolundan Rusiya və İran narahat olur? - AKTUAL GÜNDƏM
