STAR dizel yanacağı istehsalını artırıb
SOCAR-ın Türkiyə ərazisində fəaliyyət göstərən STAR neft emalı zavodu 2025-ci ilin iyul ayında dizel yanacağı istehsalında əhəmiyyətli artım nümayiş etdirib. "Trend" agentliyinin Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə istinadən yaydığı məlumata görə, zavodun dizel yanacağı istehsalının həcmi 2024-cü ilin eyni ayı ilə müqayisədə 47,8 faiz artaraq 556 181 ton təşkil edib. Bu dövrdə zavod həmçinin xam neft idxalını da 39,3 faiz yüksəldərək 955 975 tona çatdırıb. STAR zavodu dizeldən əlavə, 165 654 ton aviasiya yanacağı, mayeləşdirilmiş neft qazı (LPG), nafta, neft koksu və digər neft məhsulları istehsal edir. 2018-ci ildə istismara verilən bu nəhəng müəssisə, neft emalı ilə neft-kimya məhsullarının istehsalını birləşdirən və Türkiyənin real iqtisadiyyat sektorunda həyata keçirilmiş ən iri investisiya layihələrindən biri hesab olunur.
#SOCAR teqi istifadə olunub
- Seçilən iştirakçılar layihələrini real mühitdə sınaqdan keçirə biləcəklər - Baku TV
- SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV
- SOCAR tərəfindən 1 milyard 750 milyon manat vergi ödənilməsi proqnozlaşdırılıb - Baku TV
- BTC ilə bağlı yeni hesabat | Kəmərin səhmdarlarından biri də SOCAR-dır - Baku TV
- Qeyri-neft ixracında diqqətçəkən nəticə | SOCAR zavodundan 54 milyon dollarlıq ixrac - Baku TV
