Xankəndidəki tikiş fabriki Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının bariz nümunəsidir
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndidəki tikiş fabrikində müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur. Gələcəkdə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır.
Bu barədə tikiş fabrikinə təşkil olunan mediatur zamanı bildirilib.
Qeyd edilib ki, Xankəndidəki tikiş fabriki Azərbaycan-Özbəkistan iqtisadi və investisiya əməkdaşlığının bariz nümunəsidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycanla Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.
Fabrikdə hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub.
#Xankəndi teqi istifadə olunub
- Xankədidə hüquq mövzusundamühüm görüş | Fikir mübadiləsi aparıldı - Baku TV
- Müxtəlif ölkələrdən gələn idmançılar Xankəndidə finişə çatıblar - Baku TV
- Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV
- 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə
