Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri təltif olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri təltif olundu Böyük qürur hissi ilə bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, milli mətbuatın inkişafında göstərdikləri xidmətlərə görə "Global Media Group" və ona daxil olan media qurumlarının nümayəndələri yüksək dövlət təltiflərinə layiq görülüblər.
"Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Əliəkbər oğlu Məmmədov "Tərəqqi" medalı ilə təltif edilib.
Eyni zamanda:
Ramin Natiq oğlu Cəfərov – Baku TV-nin direktoru
Azadə Nərman qızı Balayeva – Baku TV-nin baş redaktoru
Samir Fəzail oğlu İbrahimov – Baku TV-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri
İlahə Firdovsi qızı Məmmədli – "Report" İnformasiya Agentliyinin baş redaktor müavini
Emil Akif oğlu Quliyev – "Report"un baş redaktor müavini
Kəmalə Paşa qızı Mustafayeva – "Report"un Avropa bürosunun rəhbəri
Ülviyyə Malik qızı Gülməmmədova – Oxu.Az saytının baş redaktor müavini
Timur Əhməd oğlu Hüseynov – Caliber.az portalının baş redaktoru
Cəmil Həsənağa oğlu Bayramov – Caliber.az portalının əməkdaşı
"Report" İnformasiya Agentliyinin baş direktoru Fuad Polad oğlu Hüseynəliyev isə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Təltif olunan bütün həmkarlarımızı ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!
#Milli Mətbuat Günü teqi istifadə olunub
- Həsən bəy Zərdabi mükafatının sahibləri bəlli oldu - Baku TV
- 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub - Baku TV
- "Həsən bəy Zərdabi" mükafatının təqdimat mərasimi | Media nümayəndələrinin özəl günü - Baku TV
- Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür - Baku TV
- Gənc media nümayəndələri üçün yeni sessiya başladı: Layihənin əsas məqsədi nədir? - Baku TV
