Выбрать плеер:

13 yaşında ana olan qız ailəsinə qaytarıldı | Azyaşlı ilə evlənən gənc necə cəzalandırıldı?

26 марта 2025 746 просмотров

13 yaşında ana olan azyaşlı ailəsinə qaytarılıb.

Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, qız valideynlərinin himayəsinə təhvil verilib.

Xatırladaq ki, 13 yaşlı qızın 23 yaşlı oğlandan hamilə olması ilə bağlı xəbər yayılıb.

Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış. Nişan məclisində qızın hamilə olduğu məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər.

Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar. Faktla bağlı cinayət işi açılıb.

Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib. Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə şərti adı Şəhriyar olan şəxs barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Скопировано
Sürücü qəza zamanı vəfat edərsə, dəyən ziyanı kim ödəməlidir? - Baku TV

Sürücü qəza zamanı vəfat edərsə, dəyən ziyanı kim ödəməlidir? - Baku TV

Cəmiyyət
18 декабря 2025 746 просмотров
“Sponsorum olmadı, itib-batdım” | 25 ilin müğənnisi Gülya Bakinskaya tanınmaz halda - ARZUNUN VAXTI

“Sponsorum olmadı, itib-batdım” | 25 ilin müğənnisi Gülya Bakinskaya tanınmaz halda - ARZUNUN VAXTI

Cəmiyyət
18 декабря 2025 746 просмотров
Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümünün təfərrüatı - Baku TV

Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümünün təfərrüatı - Baku TV

Cəmiyyət
18 декабря 2025 746 просмотров
Bakı Beynəlxalq Dəniz Limanı rekorda imza atdı - Baku TV

Bakı Beynəlxalq Dəniz Limanı rekorda imza atdı - Baku TV

Cəmiyyət
18 декабря 2025 746 просмотров
“Global Media Group”un 55 əməkdaşı yüksək mükafata layiq görüldü - Baku TV

“Global Media Group”un 55 əməkdaşı yüksək mükafata layiq görüldü - Baku TV

Cəmiyyət
18 декабря 2025 746 просмотров
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib - Baku TV CANLI

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib - Baku TV CANLI

Cəmiyyət
18 декабря 2025 746 просмотров
Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb - Baku TV

Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb - Baku TV

Cəmiyyət
18 декабря 2025 746 просмотров
"IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - Baku TV

"IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - Baku TV

Cəmiyyət
18 декабря 2025 746 просмотров
Paytaxt yollarında bir ilk | Yeni qurulan “ağıllı işıqforlar” tıxaca son qoyacaq? - Baku TV

Paytaxt yollarında bir ilk | Yeni qurulan “ağıllı işıqforlar” tıxaca son qoyacaq? - Baku TV

Cəmiyyət
18 декабря 2025 746 просмотров
Çantanı ağırlaşdıran valideyn, yoxsa əlavə vəsaitlərdir? - AKTUAL GÜNDƏM

Çantanı ağırlaşdıran valideyn, yoxsa əlavə vəsaitlərdir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
18 декабря 2025 746 просмотров
Выбранные
icon