Выбрать плеер:
Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb - Baku TV
Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisinin açılışı olub.
Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən sərgidə muzey, Dövlət Rəsm Qalereyası və R.Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri yer alıb.
Скопировано
