Выбрать плеер:

“Global Media Group”un 55 əməkdaşı yüksək mükafata layiq görüldü - Baku TV

18 декабря 2025 79 просмотров

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə "Global Media Group"a daxil olan media subyektlərinin rəhbər və jurnalist heyətindən ümumilikdə 55 nəfər "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilib.

Təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər.

Yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın tarixi missiyasına, jurnalist əməyinə və medianın cəmiyyətin inkişafındakı mühüm roluna verdiyi yüksək qiymətin bariz ifadəsi olaraq dövlət başçısının 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.

Prezidentin imzaladığı bu Fərman Azərbaycan milli mətbuatının 150 illik şərəfli yoluna dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğının, söz və informasiya azadlığının inkişafına verilən mühüm töhfənin növbəti təzahürüdür.

Qeyd edək ki, "Global Media Group" üzrə yubiley medalı ilə təltif olunan əməkdaşlar arasında Baku TV-dən 10 nəfər, Report İnformasiya Agentliyindən 14 nəfər, Oxu.az-dan 9 nəfər, Baku.ws-dən 5 nəfər, Caliber.az-dan 6 nəfər, Media.az-dan 1 nəfər, "Kaspi" qəzetinin Azərbaycan redaksiyasından 4 nəfər, qəzetin rus redaksiyasından 3 nəfər, Photostock.az-dan isə 1 nəfər var.

"Global Media Group" kollektivi göstərilən bu yüksək dövlət diqqəti və etimada görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir və bundan sonra da milli mətbuatın inkişafına, cəmiyyətin operativ və etibarlı informasiya ilə təmin olunmasına töhfə vermək istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcəyini bəyan edir.

Скопировано
Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümünün təfərrüatı - Baku TV

Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümünün təfərrüatı - Baku TV

Cəmiyyət
18 декабря 2025 79 просмотров
Bakı Beynəlxalq Dəniz Limanı rekorda imza atdı - Baku TV

Bakı Beynəlxalq Dəniz Limanı rekorda imza atdı - Baku TV

Cəmiyyət
18 декабря 2025 79 просмотров
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib - Baku TV CANLI

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib - Baku TV CANLI

Cəmiyyət
18 декабря 2025 79 просмотров
Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb - Baku TV

Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb - Baku TV

Cəmiyyət
18 декабря 2025 79 просмотров
"IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - Baku TV

"IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - Baku TV

Cəmiyyət
18 декабря 2025 79 просмотров
Paytaxt yollarında bir ilk | Yeni qurulan “ağıllı işıqforlar” tıxaca son qoyacaq? - Baku TV

Paytaxt yollarında bir ilk | Yeni qurulan “ağıllı işıqforlar” tıxaca son qoyacaq? - Baku TV

Cəmiyyət
18 декабря 2025 79 просмотров
Çantanı ağırlaşdıran valideyn, yoxsa əlavə vəsaitlərdir? - AKTUAL GÜNDƏM

Çantanı ağırlaşdıran valideyn, yoxsa əlavə vəsaitlərdir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
18 декабря 2025 79 просмотров
Ağsunun Natəvan küçəsinin natəmiz vəziyyəti - Baku TV

Ağsunun Natəvan küçəsinin natəmiz vəziyyəti - Baku TV

Cəmiyyət
18 декабря 2025 79 просмотров
Təcili yardımın belə keçə bilmədiyi yollar - 24 SAAT

Təcili yardımın belə keçə bilmədiyi yollar - 24 SAAT

Cəmiyyət
18 декабря 2025 79 просмотров
Nərimanovdakı səki piyadalar üçün keçilməz oldu | Sakinlər şikayət edir - Baku TV

Nərimanovdakı səki piyadalar üçün keçilməz oldu | Sakinlər şikayət edir - Baku TV

Cəmiyyət
18 декабря 2025 79 просмотров
Выбранные
icon