Выбрать плеер:
17 ailə doğma yurda qayıdıb
İşğaldan azad edilən ərazilərə Böyük Qayıdış davam edir.
Oktyabrın 29-da Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç olub.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 17 ailə olmaqla 83 nəfər köçürülüb. Ailələrə evlərinin açarları təqdim edilib.
Bu köç mərhələsi ilə birlikdə Ağdərənin Həsənriz kəndində ümumilikdə 205 ailə, yəni 764 nəfər daimi məskunlaşıb.
Скопировано
