Выбрать плеер:

“220 min pul gedib, deyir ki...” | Evə görə vətəndaşın başına oyun açdılar? - Baku TV

24 июня 2026 24 просмотров

Vətəndaş Tahir Xudiyev iddia edir ki, 2016-cı ildə ona məxsus əmlak sökülərkən yerində tikiləcək yeni yaşayış binasından mənzil, ofis və parklanma yeri veriləcəyi vəd olunsa da, bu öhdəliklər yerinə yetirilmir.

Tahir Xudiyev məsələ ilə bağlı bunları bildirib:

“2016-cı ildə bizimlə görüşdülər və ərazinin söküləcəyini dedilər. Bunun bir dövlət layihəsi olduğunu bildirərək bizimlə müqavilə imzaladılar. Müqaviləyə əsasən, dövlətin pilot layihəsi olduğu üçün biz iki ildən sonra həmin binaya köçməli idik”.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2016-cı ildə pilot layihə çərçivəsində “Vesta Construction” MMC tərəfindən müvafiq icazə verici sənədlər əsasında Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsində, 2535-ci məhəllədə çoxmənzilli yaşayış binalarının inşasına başlanılıb və vətəndaşlarla fərdi qaydada, qarşılıqlı razılaşma əsasında müqavilələr imzalanıb. Lakin şirkət ötən müddət ərzində öhdəliklərini yerinə yetirməyib.

Sözügedən məsələ ilə bağlı qeyd edilib ki, MMC və Tahir Xudiyev arasında notarial qaydada razılaşma əldə olunub. Dəfələrlə vətəndaş və şirkət rəhbərliyi ilə məsələnin həlli istiqamətində görüşlər keçirilsə də, heç bir nəticə əldə olunmayıb.

Vətəndaşa tikinti şirkəti tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı məhkəmə orqanına müraciət etmək hüququnun olduğu dəfələrlə izah edilsə də, onun özü məhkəməyə müraciət etməyib.

“Vesta Construction” MMC-nin tikinti işlərini tamamlamaması və yol verdiyi digər qanunsuzluq faktları ilə bağlı Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaq hələ də davam edir. Nizami Rayon İcra Hakimiyyəti həmçinin məsələnin nəzarətdə saxlanıldığını vurğulayıb.

"Belə insanlar normal şəkildə sevinə və gülə bilmirlər" | Rusiyalı elm adamı

"Belə insanlar normal şəkildə sevinə və gülə bilmirlər" | Rusiyalı elm adamı

Cəmiyyət
24 июня 2026 24 просмотров
“Deməli, tanışları var” | IX sinif şagirdi niyə oxuyub-yaza bilmir? - Baku TV

“Deməli, tanışları var” | IX sinif şagirdi niyə oxuyub-yaza bilmir? - Baku TV

Cəmiyyət
24 июня 2026 24 просмотров
Bu yolun halını görənlər geriyə qayıdır | “Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq” - Baku TV

Bu yolun halını görənlər geriyə qayıdır | “Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq” - Baku TV

Cəmiyyət
24 июня 2026 24 просмотров
“Gerçəklər söylənildiyi kimi deyil” | Vətəndaşların sahilə girişi niyə məhdudlaşdırılıb? - Baku TV

“Gerçəklər söylənildiyi kimi deyil” | Vətəndaşların sahilə girişi niyə məhdudlaşdırılıb? - Baku TV

Cəmiyyət
24 июня 2026 24 просмотров
"Balama 50 qəpiklik dondurma ala bilmirəm" - Hərbi xidmətdə yaralanan ata niyə çarəsizdir? - Baku TV

"Balama 50 qəpiklik dondurma ala bilmirəm" - Hərbi xidmətdə yaralanan ata niyə çarəsizdir? - Baku TV

Cəmiyyət
24 июня 2026 24 просмотров
“Bununla belə, müəyyən dəyişikliklər ola bilər” | DİM sədri

“Bununla belə, müəyyən dəyişikliklər ola bilər” | DİM sədri

Cəmiyyət
24 июня 2026 24 просмотров
Ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanışlıq olub - Baku TV

Ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanışlıq olub - Baku TV

Cəmiyyət
24 июня 2026 24 просмотров
Azərbaycan xalça sənətinə müasir baxış - Baku TV

Azərbaycan xalça sənətinə müasir baxış - Baku TV

Cəmiyyət
24 июня 2026 24 просмотров
Məmur ona görə ailəsini dağıtdı | Nərgiz Xəlilova Bakı meri ilə gizli eşq yaşayıb? - AYDIN TARİX

Məmur ona görə ailəsini dağıtdı | Nərgiz Xəlilova Bakı meri ilə gizli eşq yaşayıb? - AYDIN TARİX

Cəmiyyət
23 июня 2026 24 просмотров
DİM-in İdarə Heyətinin sədri abituriyentlərə və onların valideynlərinə müraciət edib - Baku TV

DİM-in İdarə Heyətinin sədri abituriyentlərə və onların valideynlərinə müraciət edib - Baku TV

Cəmiyyət
23 июня 2026 24 просмотров
Выбранные
icon