Analıq məzuniyyətində olan müəllimin iş yerini dəyişdirməsi mümkündür? - Baku TV
Analıq məzuniyyəti işləyən qadınlara verilən ən mühüm sosial təminatlardan biridir. Hər il müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı müsabiqə elan olunur.
Bəs analıq məzuniyyətində olan müəllimlər iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə iştirak edə bilərlərmi?
Təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, müsabiqə yolu ilə yerdəyişmə zamanı, ilk növbədə, şəhidlərin ailə üzvlərinə imkan yaradılır:
“Analıq məzuniyyətində olan şəxslərin yerdəyişməsi üçün ən azı 3 illik fasiləsiz staj tələb olunur. Təklif edirik ki, 4-5 il çalışıb analıq məzuniyyətinə çıxanların, həmçinin ailə vəziyyəti və ya köçmə səbəbindən ünvanını dəyişənlərin müsabiqədə iştirakına şərait yaradılsın”.
Qeyd edək ki, sosial məzuniyyətdə olan müəllimlərin yerdəyişmə müsabiqəsində iştirakı onların faktiki dərs yükünün olmaması səbəbindən məhdudlaşdırılıb. İş yerinin dəyişdirilməsi zamanı müəllimin fasiləsiz iş stajı və cari dərs yükü əsas götürülür.
