“Bütün camaat yazıq olacaq” | Çirkab sular içində qalan ərazidə dəhşətli vəziyyət - Baku TV
Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26 ünvanında kanalizasiya xəttinin daşması nəticəsində binanın zirzəmisi və ətraf ərazi çirkab sularının içində qalıb.
Sakinlər bildirirlər ki, mövcud vəziyyətlə əlaqədar binanın liftləri də işləmir və aidiyyəti qurumlar problemin həlli üçün tədbir görmür.
“Həm yayda, həm də qışda kanalizasiya sistemində problem olur. Nə uşaqları məktəbə apara bilirik, nə işə getmək olur, nə də maşınlar hərəkət edə bilir. Həyat iflic vəziyyətdədir”, – deyə şikayətçi narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, bir neçə gün əvvəl hava şəraitinin aramsız yağışlı keçməsi nəticəsində Abşeron rayonunun Xırdalan şəhərinin, o cümlədən kənd və qəsəbələrinin bəzi ərazilərində subasma halları müşahidə edilib. Ötən müddət ərzində bir çox yerlərdə yığılan su kütləsi təmizlənsə də, bəzi ərazilərdə yağışın fəsadlarının aradan qaldırılması işləri davam etdirilməkdədir.
Тег #Xırdalan şəhəri используется
- "Adını şəhər qoyublar, kəndə layiq deyil" | Xırdalanda xaotik vəziyyətin səbəbi nədir? - Baku TV
- “Hər şeyi ödəyirik, qalmışıq ortalıqda” - Çəkilişdə görün necə aradan çıxmaq istədilər - Baku TV
- Azərbaycanlı polkovniklə bağlı dəhşətə gətirən xəbər | Qonşu hər şeyi danışdı - Baku TV
- Xırdalanda gediş-gəlişi asanlaşdırmaq və sıxlığı azaltmaq üçün hansı işlər görüləcək? - Baku TV
- "Bu yolun yiyəsi haradadır?" - Küçədə dəhşətə gətirən mənzərə: "Vurub öldürəcəklər" - Baku TV
