“Uşaq düşən kimi batdı” | Zığ qəsəbə sakinlərini bezdirən vəziyyət - Baku TV
Xətai rayonu, Zığ qəsəbəsi, Elvin Şükürlü küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirirlər ki, yaşadıqları ərazidə sahibsiz itlərin əlindən çölə çıxmaq, üfunətdən isə nəfəs almaq olmur.
Onların sözlərinə görə, çirkab suların dənizə axıdıldığı kanalın üstünün açıq olması ciddi təhlükə mənbəyidir. Hətta yaxın günlərdə məktəbli bir uşaq ehtiyatsızlıqdan həmin kanala düşərək boğulma təhlükəsi yaşayıb.
Hadisə şahidi olan sakinlərdən biri həmin anları belə xatırlayıb:
“Uşaq gözümün qabağında kanala düşdü. Düşünmədən suya atılıb onu çıxardım, sonra özüm orada qaldım. Qonşular məni çətinliklə xilas etdilər. Orada olmasaydım, indi həmin uşaq həyatda olmayacaqdı”.
Digər bir sakin isə ərazidən yayılan kəskin qoxu ilə bağlı şikayətini dilə gətirib:
“Allaha and olsun ki, ərazidə xəstəlik baş alıb gedir, nəfəs ala bilmirəm. Üfunət iyindən həyətə çıxa bilmirik”.
Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ barədə müvafiq idarəyə artıq məlumat verilib. Qurumun əməkdaşları əraziyə cəlb olunaraq araşdırma aparacaq və nəticələrə uyğun olaraq zəruri tədbirlər görüləcək.
Тег #Xətai rayonu используется
- “Bacısı burada ağlayırdı” | Qonşular ər-arvadın faciəvi ölümündən danışdı - Baku TV
- "Gecə 4-ə qədər..." | Bu restoran sakinlərin yaşayışını görün necə kabusa çevirib - Baku TV
- "Qurumlar hara baxır, işləri nədən ibarətdir?" | Xətaidə küçə hələ də təmir edilməyib - Baku TV
- Xətaidə evləri su basdı, sakinlər özündən çıxdı | “İcradan tutmuş “Azərsu”ya qədər dedik” - Baku TV
- Bina sakinləri boğaza yığıldı | "3 maşını var, başqasının haqqına girir, deyir ki..." - Baku TV
