"Bu, cinayət əməlidir, cəzalarını almalıdırlar" | Bakını qorumaq seçim yox, məsuliyyətdir - Baku TV
Bakı, sadəcə, şəhər deyil, yaddaşın, zövqün və mədəniyyətin ünvanıdır. Bu ünvanın tam mərkəzində yerləşən Nizami Kino Mərkəzi binasının bir divarı bizə bir sual ünvanlayır: “Bu şəhərə münasibətimiz, doğrudanmı, budur?”.
Baş verən hadisə kimlər üçünsə “sadəcə, divara çəkilmiş şəkil” kimi görünə bilər. Amma bu, rəsm deyil. Bu, vandalizm, paytaxtın mədəni-tarixi simvollarından birinə qarşı hörmətsizlikdir. Bir zamanlar incəsənətin, kinonun və estetik zövqün ünvanı olan bu bina indi məsuliyyətsizliyin izlərini daşıyır.
Memarlar İttifaqının üzvü Faiq İsmayılov bildirib ki, bu hadisə bilərəkdən və ya bilməyərəkdən törədilməsindən asılı olmayaraq cinayət əməlidir:
“Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı və məsul şəxslər qanun çərçivəsində layiqli cəzalarını almalıdırlar. Yadınızdadırsa, Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı da belə vandal hərəkətlər baş vermişdi. O zaman demək olar ki, bütün Azərbaycan cəmiyyəti və ziyalıları ayağa qalxmışdı. Hər kəs bunun təsirini dərindən hiss etmişdi. Bu abidələr təkcə mədəniyyətimizin nümunəsi deyil, eyni zamanda bizim mənəvi dayaqlarımız, kimliyimiz və yaddaşımızdır”.
Тег #Nizami Kino Mərkəzi используется
- Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu - Baku TV
- Nizami Kino Mərkəzində vandalizm aktını törədənlər belə görüntüləndi - Baku TV
- Nizami Kino Mərkəzində vandalizm edənlər ifşa olundu - ANA XƏBƏR
- Nizami Kino Mərkəzini görün hansı hala saldılar | DİN hərəkətə keçdi - Baku TV
- "Hər büdcəyə uyğun aksesuar, zinət əşyası var" | Bakıda "Best of Asia" sərgisi - Baku TV
