Nizami Kino Mərkəzini görün hansı hala saldılar | DİN hərəkətə keçdi - Baku TV
Nizami Kino Mərkəzinin fasadına ziyan vurulub.
Belə ki, memarlıq abidəsi naməlum şəxs və ya şəxslər tərəfindən cızma-qara edilib. Boya vasitəsilə binanın üzərində müxtəlif sözlər, ifadələr və rəqəmlər yazılıb. Hazırda isə tikilinin fasadının təmizlənməsi istiqamətində işlər aparılır.
"Bu nədir? Bütün binanı xarab ediblər", – sakinlərdən biri bildirib.
"Mən məsləhət görərdim ki, valideynlər uşaqlara tapşırsınlar ki, belə binaları bu cür yazıq-yazıq etməsinlər. Başqa yerlərdə rəsm çəkə bilərlər. Ən azından memarlıq abidəsidir, buna toxunmayaq", – başqa bir sakin söyləyib.
Nizami Kino Mərkəzinin direktoru Əli-Səttar Quliyev isə bildirib ki, belə bir hadisə ilk dəfədir baş verir.
"Əlbəttə, hüquq-mühafizə orqanları bu məsələ ilə məşğuldur və araşdırma aparılır. Təəssüf ki, belə şeylər şəhərin mərkəzində, memarlıq abidəsi olan bir binada baş verir", – deyə o qeyd edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, gecə saatlarında paytaxtın Nəsimi rayonunda yerləşən Nizami Kino Mərkəzinin fasadına naməlum şəxs və ya şəxslər tərəfindən boya ilə yazılar yazılması ilə bağlı araşdırma başlanıb:
"Həmin əməli törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür".
Тег #Nizami Kino Mərkəzi используется
- "Hər büdcəyə uyğun aksesuar, zinət əşyası var" | Bakıda "Best of Asia" sərgisi - Baku TV
- Tamaşaçıların göz yaşları ilə izlədiyi "Adsız qəhrəman" filminin təqdimatı - Baku TV
- Baku TV-nin rejissoru Mətləb Muxtarovun çəkdiyi film ən yaxşılar sırasında - Baku TV
- “Oğul” bədii-sənədli filminin təqdimatı olub
- “Tağıyev: Sona” filmi tamaşaçı qarşısında | Nizami Kino Mərkəzində təqdimat mərasimi
