Cəmiyyət
Выбрать плеер:

Avtomobillərlə bağlı bu qərar qiymətlərə necə təsir edir?

15 января 2025 30 просмотров

Nazirlər Kabinetinin 2023-cü ildə təsdiq etdiyi Qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana idxalı qadağandır.

Bu o deməkdir ki, 2025-ci ildə istehsal ili 2015-ci ildən əvvəl olan minik avtomobilini ölkəyə gətirmək mümkün deyil.

Ekspert Eldəniz Cəfərov deyir ki, sözügedən qərar avtomobil bazarına mənfi təsir edib:

“Azərbaycanın avtomobil bazarı əsasən köhnə maşınların alqı-satqısı ilə formalaşmışdı. Bu qərardan sonra bazarda bir qədər durğunluq yaranıb. Hazırda kəskin bahalaşma yoxdur. Qiymətlər sabit olaraq qalır. Bundan sonra da qiymətlərin kəskin yüksələcəyini və ya enəcəyini düşünmürəm. Ən azından mart ayına qədər sabit qalacaq”.

Lakin son illərdə ölkəyə idxal edilən avtomobillərin qiyməti sabit qalmayıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, son 2 ildə maşınların orta statistik dəyəri 58 faizə qədər artıb. 2022-ci ilin yanvar-noyabr aylarında ölkəyə gətirilən bir minik avtomobilinin orta qiyməti 12 055 ABŞ dolları olduğu halda, 2023-cü ilin eyni dövründə bu göstərici 16 833, 2024-cü ildə isə 19 067 dollar təşkil edib. 

Çimnaz Sultanova doğum günündə dünyasını dəyişdi | Aktrisanın ölüm səbəbi

Çimnaz Sultanova doğum günündə dünyasını dəyişdi | Aktrisanın ölüm səbəbi

Cəmiyyət
15 января 2025 30 просмотров
Xocalının Ballıca kəndinə növbəti köç | Sakinlər doğma yurdda

Xocalının Ballıca kəndinə növbəti köç | Sakinlər doğma yurdda

Cəmiyyət
15 января 2025 30 просмотров
Ölkə ərazisində hava necə olacaq? - Hava haqqında məlumat

Ölkə ərazisində hava necə olacaq? - Hava haqqında məlumat

Cəmiyyət
15 января 2025 30 просмотров
DİN-dən yayılan xəbərdarlıq məzmunlu mətnlər barədə açıqlama

DİN-dən yayılan xəbərdarlıq məzmunlu mətnlər barədə açıqlama

Cəmiyyət
15 января 2025 30 просмотров
“Whatsapp” yazışmalarınız gizli şəkildə necə izlənilir? - Onları gözləyən cəza isə...

“Whatsapp” yazışmalarınız gizli şəkildə necə izlənilir? - Onları gözləyən cəza isə...

Cəmiyyət
15 января 2025 30 просмотров
Dünyasını dəyişən hərbçimizlə bağlı Hərbi Prokurorluqdan vacib açıqlama

Dünyasını dəyişən hərbçimizlə bağlı Hərbi Prokurorluqdan vacib açıqlama

Cəmiyyət
15 января 2025 30 просмотров
Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti ilə bağlı açıqlama

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti ilə bağlı açıqlama

Cəmiyyət
15 января 2025 30 просмотров
Baş verəcək partlayışla bağlı sakinlərə xəbərdarlıq | MN-dən məlumat

Baş verəcək partlayışla bağlı sakinlərə xəbərdarlıq | MN-dən məlumat

Cəmiyyət
15 января 2025 30 просмотров
Çay daha az ləkələyir, nəinki... | Dişlərə ən çox zərər vuran içkilər hansılardır?

Çay daha az ləkələyir, nəinki... | Dişlərə ən çox zərər vuran içkilər hansılardır?

Cəmiyyət
15 января 2025 30 просмотров
Kriptovalyutalara yatırım etmək sərfəlidir? - İqtisadçı və sakinlər danışdı

Kriptovalyutalara yatırım etmək sərfəlidir? - İqtisadçı və sakinlər danışdı

Cəmiyyət
15 января 2025 30 просмотров
Выбранные
icon