Выбрать плеер:

AZAL-dan "Buta Airways" ilə bağlı açıqlama

28 июля 2023 274 просмотров

2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək. Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.

“Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.

Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərə yenilənmiş menyu təqdim olunacaq.

İstiqamətdən asılı olmayaraq bütün reyslərin biletlərini vahid www.azal.az internet saytı üzərindən və AZAL mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacaq. Hər iki aviaşirkətin birləşməsi və yeni daşınma şərtləri ilə bağlı ətraflı məlumat həmçinin AZAL-ın rəsmi saytında və sosial şəbəkə hesablarında ictimaiyyətə təqdim olunacaq.

Скопировано
500 ispan Gəncəyə niyə göndərilmişdi? | Tarixçi çoxunun bilmədiyi faktları açıqladı - Baku TV

500 ispan Gəncəyə niyə göndərilmişdi? | Tarixçi çoxunun bilmədiyi faktları açıqladı - Baku TV

Cəmiyyət
16 декабря 2025 274 просмотров
Bir qaşığı ilə "möcüzə yaradan" xırnik bəhməzi görün necə hazırlanır? - Baku TV

Bir qaşığı ilə "möcüzə yaradan" xırnik bəhməzi görün necə hazırlanır? - Baku TV

Cəmiyyət
16 декабря 2025 274 просмотров
Doğma yurduna qayıdan xocavəndlilər hisslərini Baku TV ilə bölüşdü - Baku TV

Doğma yurduna qayıdan xocavəndlilər hisslərini Baku TV ilə bölüşdü - Baku TV

Cəmiyyət
16 декабря 2025 274 просмотров
Duman və yağış Ağsuda belə bir mənzərə yaratdı

Duman və yağış Ağsuda belə bir mənzərə yaratdı

Cəmiyyət
16 декабря 2025 274 просмотров
Xəstə uşaqların görüntüləri ilə pul qoparan fırıldaqçı saxlanıldı | DİN-dən açıqlama - Baku TV

Xəstə uşaqların görüntüləri ilə pul qoparan fırıldaqçı saxlanıldı | DİN-dən açıqlama - Baku TV

Cəmiyyət
16 декабря 2025 274 просмотров
Pasiyentlə həkim arasında qarşıdurma | Klinika iddiaları rədd etdi, nazirlik isə... - Baku TV

Pasiyentlə həkim arasında qarşıdurma | Klinika iddiaları rədd etdi, nazirlik isə... - Baku TV

Cəmiyyət
16 декабря 2025 274 просмотров
Cəlilabadda kənd sakinləri canavarla əlbəyaxa oldu - Baku TV

Cəlilabadda kənd sakinləri canavarla əlbəyaxa oldu - Baku TV

Cəmiyyət
16 декабря 2025 274 просмотров
Təqsirləndirilən erməniyə məhkəmədə ittiham oxundu - Baku TV

Təqsirləndirilən erməniyə məhkəmədə ittiham oxundu - Baku TV

Cəmiyyət
16 декабря 2025 274 просмотров
"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Baku TV

"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Baku TV

Cəmiyyət
15 декабря 2025 274 просмотров
Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV

Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV

Cəmiyyət
15 декабря 2025 274 просмотров
Выбранные
icon