Выбрать плеер:

Bakı metrosundakı partlayışdan 29 il ötür

03 июля 2023 459 просмотров

Bakı metropoliteninin “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarında törədilmiş terror aktından 29 il ötür.

1994-cü ilin iyulun 3-də saat 20:30-da “28 May” metrostansiyasından “Gənclik” istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış ikinci vaqonda partlayış baş verib. Nəticədə 13 nəfər həlak olub, 58 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Paytaxt sakinlərinə qarşı bu ağır cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb edərək terror həyata keçirmək tapşırığı ilə ölkəmizə göndərdiyi Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov törədib. Hadisənin ardından Moskvada yaşayan bu şəxs həbs edilib.

O, 1997-ci ilin noyabrın 29-da Azərbaycana ekstradisiya olunub. 1998-ci ildə Azər Aslanov ifadələrində bildirir ki, o, Bakı metropolitenində teror aktı törətmək göstərişini erməni əsirliyində olarkən erməni yazıçısı Zori Balayandan alıb.

İstintaq zamanı müəyyən edilib ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar. Azərbaycanın Ali Məhkəmə instansiyalarının apardığı araşdırmalar prosesində terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistanın xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilib.

A.Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılıb, 1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında Z.Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa elan edilib. 2001-ci ildə Ermənistan tərəfinin müraciəti əsasında İnterpol Z.Balayanı axtarışda olan şəxslər siyahısından çıxarıb. 2005-ci ilin mayında İnterpol Z.Balayanı İtaliyanın Brindizi şəhərində saxlayır, polis məntəqəsində 4 saat saxladıqdan sonra sərbəst buraxıb.

Terror aktının icraçısı Azər Aslanov isə ömürlük azadlıqdan məhrum edilib. 2021-ci ilin martında isə onun cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

Скопировано
"Bu evdə yatmaq olar?" | Yaşayış binasına yaxın çəkilən qaz xətti narazılıq yaratdı - Baku TV

"Bu evdə yatmaq olar?" | Yaşayış binasına yaxın çəkilən qaz xətti narazılıq yaratdı - Baku TV

Cəmiyyət
05 апреля 2026 459 просмотров
Qida rasionumuzdan nələri çıxarmalıyıq?

Qida rasionumuzdan nələri çıxarmalıyıq?

Cəmiyyət
05 апреля 2026 459 просмотров
Xocalı soyqırımının səbəbkarlarından olan Zori Balayan öldü - Baku TV

Xocalı soyqırımının səbəbkarlarından olan Zori Balayan öldü - Baku TV

Cəmiyyət
05 апреля 2026 459 просмотров
“Küçəyə çıxa bilmirəm, sürünürəm” | Anasının atdığı Talehin köməyinə kim çatdı? - ARZUNUN VAXTI

“Küçəyə çıxa bilmirəm, sürünürəm” | Anasının atdığı Talehin köməyinə kim çatdı? - ARZUNUN VAXTI

Cəmiyyət
04 апреля 2026 459 просмотров
Hava ilə bağlı sakinlərə növbəti xəbərdarlıq - Baku TV

Hava ilə bağlı sakinlərə növbəti xəbərdarlıq - Baku TV

Cəmiyyət
04 апреля 2026 459 просмотров
“Namiq aradan çıxdı, nə Məşədibaba, nə Ağamirzə...” - Meyxanaçı Vüqardan qalmaqallı sözlər - QAPQARA

“Namiq aradan çıxdı, nə Məşədibaba, nə Ağamirzə...” - Meyxanaçı Vüqardan qalmaqallı sözlər - QAPQARA

Cəmiyyət
04 апреля 2026 459 просмотров
Varikoz müalicə olunmasa, nə baş verə bilər? - Damar genişlənməsinin bilinməyən səbəbi

Varikoz müalicə olunmasa, nə baş verə bilər? - Damar genişlənməsinin bilinməyən səbəbi

Cəmiyyət
04 апреля 2026 459 просмотров
Qardaşına maşın alıb, 30 min borca düşən şəxs olanları danışdı - Baku TV

Qardaşına maşın alıb, 30 min borca düşən şəxs olanları danışdı - Baku TV

Cəmiyyət
04 апреля 2026 459 просмотров
“Uşaq düşən kimi batdı” | Zığ qəsəbə sakinlərini bezdirən vəziyyət - Baku TV

“Uşaq düşən kimi batdı” | Zığ qəsəbə sakinlərini bezdirən vəziyyət - Baku TV

Cəmiyyət
04 апреля 2026 459 просмотров
Analıq məzuniyyətində olan müəllimin iş yerini dəyişdirməsi mümkündür? - Baku TV

Analıq məzuniyyətində olan müəllimin iş yerini dəyişdirməsi mümkündür? - Baku TV

Cəmiyyət
04 апреля 2026 459 просмотров
Выбранные
icon