Выбрать плеер:
Bakıda zəhərli bitki insanlara təhlükə yaradır
Zəhərli olduqları deyilən güllər Bakı küçələrində günbəgün artır.
Ölkəmizdə daha çox “söyüd gülü” kimi tanınan “oleandr” və ya “zəqqum kolu” adlanan bitkiyə paytaxt Bakı və digər rayonlarımızın küçələrində sıx-sıx rast gəlinir.
Yarpaqları söyüd ağacına bənzəyən bu bitki yaşıllaşdırmada daha geniş istifadə olunur.
Gözəlliyi ilə valeh edən bu bitkinin görünüşünə çox da aldanmamaq lazımdır. Bu bitkinin çiçəklərinə və budaqlarına əl vurmaq çox təhlükəlidir. Xüsusən uşaqları bu güllər olan ərazidən uzaq tutmaq lazımdır. Oleandrın çiçəkləri və budaqları zəhərlidir.
Bəs təhlükəli hesab olunan bitki Azərbaycanda niyə bu qədər geniş istifadə olunur?
Скопировано
