Выбрать плеер:

Bu 5 sadə vərdişlə daha uzun yaşamaq mümkün imiş

17 ноября 2025 386 просмотров

Britaniyalı tədqiqatçılar Henry Cheung və Charlotte Gowers bildirirlər ki, qocalmanı bahalı əlavələr və dəbdə olan cihazlarla deyil, gündəlik vərdişləri dəyişməklə ləngitmək mümkündür.

Onların sözlərinə görə, uzunömürlülüyün açarı insanın xronoloji yaşına yox, orqanizmin real vəziyyətini göstərən bioloji yaşına təsir etməkdir.

Araşdırmalar bioloji yaşa birbaşa təsir edən beş əsas amilin olduğunu göstərir.

Birincisi, daimi fiziki fəaliyyət qocalmanı nəzərəçarpacaq dərəcədə ləngidir. Həftədə cəmi üç dəfə aparılan güc və aerobik məşqlər DNT metilasiyasına təsir edərək bədəni iki il “cavanlaşdıra” bilər.

İkincisi, balanslaşdırılmış pəhriz qocalmanın qarşısını alan əsas faktorlardandır. Tərəvəz, meyvə, balıq və tam taxıllarla zəngin qidalanmaya keçid 6-12 ay ərzində bioloji yaşı orta hesabla 2,4 il azalda bilər.

Üçüncüsü, keyfiyyətli yuxu hüceyrə bərpası və hormon balansı üçün həyati əhəmiyyət daşıyır. Gecə beş saatdan az yuxu isə bir çox xəstəliklərin riskini kəskin artırır.

Dördüncüsü, pis vərdişlərdən imtina qocalmanı yavaşlatmaq üçün ən təsirli addımlardandır. Siqaret çəkmək təkcə ağciyərlərə yox, bütün orqanizmə təsir edərək bioloji yaşa 4-5 il əlavə edə bilir.

Beşincisi, stresin idarə olunması vacibdir. Xroniki stres hüceyrələri qocaldır və həftədə 40 saatdan çox işləmək bioloji yaşın təxminən iki il artmasına səbəb ola bilər.

Alimlər qeyd edirlər ki, gündəlik həyata edilən kiçik, lakin davamlı dəyişikliklər belə bioloji yaşa ciddi təsir göstərir. Yaşlanmanın sürətini tənzimləmək isə böyük ölçüdə insanın öz əlindədir.

Скопировано
"Bu evdə yatmaq olar?" | Yaşayış binasına yaxın çəkilən qaz xətti narazılıq yaratdı - Baku TV

"Bu evdə yatmaq olar?" | Yaşayış binasına yaxın çəkilən qaz xətti narazılıq yaratdı - Baku TV

Cəmiyyət
05 апреля 2026 386 просмотров
Qida rasionumuzdan nələri çıxarmalıyıq?

Qida rasionumuzdan nələri çıxarmalıyıq?

Cəmiyyət
05 апреля 2026 386 просмотров
Xocalı soyqırımının səbəbkarlarından olan Zori Balayan öldü - Baku TV

Xocalı soyqırımının səbəbkarlarından olan Zori Balayan öldü - Baku TV

Cəmiyyət
05 апреля 2026 386 просмотров
“Küçəyə çıxa bilmirəm, sürünürəm” | Anasının atdığı Talehin köməyinə kim çatdı? - ARZUNUN VAXTI

“Küçəyə çıxa bilmirəm, sürünürəm” | Anasının atdığı Talehin köməyinə kim çatdı? - ARZUNUN VAXTI

Cəmiyyət
04 апреля 2026 386 просмотров
Hava ilə bağlı sakinlərə növbəti xəbərdarlıq - Baku TV

Hava ilə bağlı sakinlərə növbəti xəbərdarlıq - Baku TV

Cəmiyyət
04 апреля 2026 386 просмотров
“Namiq aradan çıxdı, nə Məşədibaba, nə Ağamirzə...” - Meyxanaçı Vüqardan qalmaqallı sözlər - QAPQARA

“Namiq aradan çıxdı, nə Məşədibaba, nə Ağamirzə...” - Meyxanaçı Vüqardan qalmaqallı sözlər - QAPQARA

Cəmiyyət
04 апреля 2026 386 просмотров
Varikoz müalicə olunmasa, nə baş verə bilər? - Damar genişlənməsinin bilinməyən səbəbi

Varikoz müalicə olunmasa, nə baş verə bilər? - Damar genişlənməsinin bilinməyən səbəbi

Cəmiyyət
04 апреля 2026 386 просмотров
Qardaşına maşın alıb, 30 min borca düşən şəxs olanları danışdı - Baku TV

Qardaşına maşın alıb, 30 min borca düşən şəxs olanları danışdı - Baku TV

Cəmiyyət
04 апреля 2026 386 просмотров
“Uşaq düşən kimi batdı” | Zığ qəsəbə sakinlərini bezdirən vəziyyət - Baku TV

“Uşaq düşən kimi batdı” | Zığ qəsəbə sakinlərini bezdirən vəziyyət - Baku TV

Cəmiyyət
04 апреля 2026 386 просмотров
Analıq məzuniyyətində olan müəllimin iş yerini dəyişdirməsi mümkündür? - Baku TV

Analıq məzuniyyətində olan müəllimin iş yerini dəyişdirməsi mümkündür? - Baku TV

Cəmiyyət
04 апреля 2026 386 просмотров
Выбранные
icon