Bu qəhvə növlərini tanıyırdınız?
Qəhvə içmək mədəniyyəti bütün dünyada geniş yayılıb. Buna görə də ona əsaslanan çoxlu sayda maraqlı içkilər meydana çıxıb.
Qeyri-adi və orijinal qəhvə növlərindən biri kömür lattesidir. Maraqlıdır ki, bu lattedə qəhvənin özü yoxdur. O, aktivləşdirilmiş karbonla əvəz olunur. Südlə birləşdirilir və latte kimi verilir. Bu içki sağlamlaşdırıcı agent kimi əla reputasiyaya malikdir.
Şərab qəhvəsi – iki məşhur içkinin maraqlı birləşməsi bir çox qurmanların ürəyini fəth edib. Bu növ qəhvənin unikallığı ondan ibarətdir ki, paxlalar şərabla birlikdə istiliyin təsirinə məruz qalır. İçki maraqlı və son dərəcə qeyri-adi olur.
Pendir ilə qəhvənin vəhdətindən yaranan içki özünəməxsusluğu ilə fərqlənir. Bu içkini hətta özünüz də hazırlaya bilərsiniz. Bunun üçün bir fincan qəhvəyə az miqdarda sərt pendir əlavə etmək lazımdır. Belə qəhvə aclığı doyurur və orijinal dada malikdir.