Cəmiyyət
Выбрать плеер:
Bunlar inqilabi dəyişikliklərdir | Bahar Muradova yeni fəaliyyət planlarından danışdı
Məişət zorakılığı ilə bağlı növbəti dönəm üçün yeni fəaliyyət planı üzərində işləməliyik.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Vəkillər Kollegiyası ilə birlikdə vəkillər və hakimlər üçün keçirilən "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda təlimdə deyib.
"Bu istiqamətdə əsas hüquqi baza "Məişət zorakılığı haqqında" qanundur. Bu sahə ilə bağlı altı qanuna və beş fərmana dəyişikliklər edilib. Bunları inqilabi dəyişikliklər hesab etmək olar", – deyə o qeyd edib.
Скопировано
Выбранные