Выбрать плеер:

Burada fəaliyyət göstərəcək "BuxarArt" sənət məkanının təqdimatı keçirilib - Baku TV

18 марта 2026 42 просмотров

İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə – Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra təntənəli açılışı baş tutub.

Açılış mərasimində həmçinin fəaliyyət göstərəcək "BuxarArt" sənət məkanının təqdimatı keçirilib.

Qədim ticarət magistralı üzərində ucaldılan və mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.

Qədim abidənin identikliyinin qorunması məqsədilə bərpa işləri zamanı orijinal hörgü üsullarına və autentik materiallardan istifadəyə, həmçinin tarixi obyektin memarlıq detallarına və konstruktiv xüsusiyyətlərinə xüsusi diqqət yetirilib.

Abidənin tarixi görünüşünə xələl gətirməyən ən müasir texnologiyalardan və materiallardan istifadə olunub. Karvansaranın divarları sonradan əlavə edilmiş yad qatlardan təmizlənib, daşların konservasiyası aparılaraq binanın orijinal statik vəziyyəti bərpa edilib.

Yeni konsepsiyaya əsasən, Buxara karvansarası yerli sənətkarların fəaliyyət göstərdiyi funksional və yaradıcı məkana transformasiya olunub.

Karvansaranın daxilində ümumilikdə 18 otaq yerləşir ki, onların hər biri müxtəlif sənət sahələrini təmsil edən sənətkarların istifadəsinə verilib. Hər bir otaqda fəaliyyət göstərəcək sənətkarlar gündəlik olaraq öz əl işlərini hazırlayıb nümayiş etdirəcək, eyni zamanda həmin məhsulların satışını həyata keçirəcəklər.

Скопировано
"Biz də bilmirik ki, nə edirlər" | Yeni Günəşli sakinləri etiraz etdi - Baku TV

"Biz də bilmirik ki, nə edirlər" | Yeni Günəşli sakinləri etiraz etdi - Baku TV

Cəmiyyət
18 марта 2026 42 просмотров
Kəlbəcərdə keçirilən Novruz şənliyindən görüntülər

Kəlbəcərdə keçirilən Novruz şənliyindən görüntülər

Cəmiyyət
18 марта 2026 42 просмотров
Bakı metrosu Novruz və Ramazan bayramlarında necə işləyəcək? - Baku TV

Bakı metrosu Novruz və Ramazan bayramlarında necə işləyəcək? - Baku TV

Cəmiyyət
18 марта 2026 42 просмотров
Xankəndidə İlaxır çərşənbə coşqu ilə qeyd edilib

Xankəndidə İlaxır çərşənbə coşqu ilə qeyd edilib

Cəmiyyət
18 марта 2026 42 просмотров
Bayramı doğma yurdlarında qarşılayan Şuşa sakinlərinin bayram sevinci - Baku TV

Bayramı doğma yurdlarında qarşılayan Şuşa sakinlərinin bayram sevinci - Baku TV

Cəmiyyət
18 марта 2026 42 просмотров
Laçında Novruz şənliyi qeyd olunur | Sakinlər bayramı belə qarşılayır - Baku TV

Laçında Novruz şənliyi qeyd olunur | Sakinlər bayramı belə qarşılayır - Baku TV

Cəmiyyət
18 марта 2026 42 просмотров
"İlk dəfədir ki, Ağdamda Novruz bayramı keçiririk" | Ağdam sakinlərindən bayram coşqusu - Baku TV

"İlk dəfədir ki, Ağdamda Novruz bayramı keçiririk" | Ağdam sakinlərindən bayram coşqusu - Baku TV

Cəmiyyət
18 марта 2026 42 просмотров
Bakıda İlaxır çərşənbə coşqu ilə qeyd olunur - Baku TV

Bakıda İlaxır çərşənbə coşqu ilə qeyd olunur - Baku TV

Cəmiyyət
17 марта 2026 42 просмотров
Uşağı önə verib "bufer zona" yaratmaq: Piyada niyə bilərəkdən təhlükə yaradır? - NECƏ OLMALIDIR?

Uşağı önə verib "bufer zona" yaratmaq: Piyada niyə bilərəkdən təhlükə yaradır? - NECƏ OLMALIDIR?

Cəmiyyət
17 марта 2026 42 просмотров
"Baku TV" reytinqlərdə birincidir - Baku TV

"Baku TV" reytinqlərdə birincidir - Baku TV

Cəmiyyət
17 марта 2026 42 просмотров
Выбранные
icon