Выбрать плеер:
"Biz də bilmirik ki, nə edirlər" | Yeni Günəşli sakinləri etiraz etdi - Baku TV
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi D massivindəki 29 saylı binanın qarşısında içməli su xətti partlayıb.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti quruma dəfələrlə müraciət etsələr də, problem müvəqqəti həll edilib. Buna görə də bir müddət sonra eyni hal yenidən təkrarlanır.
“Çəkilən borular keyfiyyətsizdir. Həftədə bir dəfə partlayır. Blokların qarşısı sudur”, – deyə sakin şikayətini dilə gətirib.
Yaranmış vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda içməli su xəttində baş verən qəza ilə bağlı əraziyə Suraxanı Sukanal İdarəsinin qəza briqadası cəlb edilib. Xəttin təmiri və bərpası istiqamətində işlər görülür.
Скопировано
Тег #Suraxanı rayonu используется
- Sakinlər yaşadıqları binanın baxımsızlığından şikayətləndi - Baku TV
- Ağaclar hansı məqsədlə kəsilib? - Yeni Suraxanıda nə baş verir? - Baku TV
- “Xəstə uşağa “skoru” çağırırıq, gəlmir ki...” | Binə sakinlərini təngə gətirən məsələ - Baku TV
- Həyat yoldaşının qətlində təqsirləndirilənə ağır cəza - Baku TV
- Əmircan sakinləri ayağa qalxdı | Qurumlar problemlərə niyə biganə yanaşır? - Baku TV
