Dəniz sahilində qazılan xəndəklər müzakirələrə səbəb oldu - Baku TV
Sosial şəbəkələrdə yayılan videoda iddia olunur ki, Novxanı çimərliyində bəzi obyekt sahibləri ərazidə xəndəklər qazaraq avtomobillərin girişini məhdudlaşdırır və bununla müştəriləri öz obyektlərinə yönləndirməyə çalışırlar.
Baku TV həmin iddiaların nə dərəcədə doğru olduğunu araşdırmaq üçün əraziyə baş çəkib.
Obyekt sahibi iddiaları təkzib edib:
“Kiminsə uşağa avtomobillə xətər yetirməməsi üçün bu addım atılıb. Maşınlarla buraya girib avtoşluq edirlər. Uşaqlar burada rahat şəkildə oynaya bilsinlər deyə belə edilib. Yəni bu addım sakinlərin təhlükəsizliyi üçündür”.
“Vətəndaşlar dincəlirlər, uşaqları var. Maşınlar daxil olur, avtoşluq edir, təkər qaldırır. Biz məcburuq, təlimat verilib ki, maşınların çimərliyə girişi qadağandır. Yalnız xüsusi təyinatlı maşınların – təcili yardım və yanğınsöndürənlərin girişi mümkündür”, – obyekt işçisi bildirib.
Тег #Novxanı çimərliyi используется
- “Gerçəklər söylənildiyi kimi deyil” | Vətəndaşların sahilə girişi niyə məhdudlaşdırılıb? - Baku TV
- İctimai çimərlikdə “at oynadanlar”ın ifşası | Pul almasalar, buraxmırlar, çəkilişi görəndə isə...
- Novxanıda bədbəxt hadisə | Araşdırma başladıldı
- Novxanı çimərliyində faciə | İki yeniyetmə batdı
- "Global Media Group" ekoloji aksiyaya qoşuldu | Novxanı çimərliyi tullantılardan təmizləndi
