Выбрать плеер:

“Donor olacağımı bilsəm...” - Məryəmin ölümündən sonra yayılan xəbər hamını təsirləndirdi - Baku TV

17 июня 2026 23 просмотров

Yol qəzasında dünyasını dəyişən Məryəm Əliyeva Gəncədə son mənzilə yola salınıb.

Mərhumun ölümündən sonra yayılan xəbər isə demək olar ki, hər kəsi təsirləndirib.

Belə ki, onun orqanlarının bağışlanması nəticəsində altı nəfər yaşamaq şansı qazanıb.

Mərhumun qohumu Nicat Əliyev qəza barədə Baku TV-yə danışıb.

"Hadisə Bakıda, Babək prospektində baş verib. Avtomobildə sərnişin kimi gedirdi. Qəza nəticəsində beyin zədəsi almışdı. Xəstəxanaya çatdırıldıqdan sonra beyin ölümü qeydə alındı. Orqan donorluğu ilə bağlı qərar ailənin, xüsusilə də valideynlərin qərarı idi. Onlara bu barədə təklif olundu və valideynlər tərəddüd etmədən razılıq verdilər.

Bu, çox ağır və çətin qərar idi. Belə acılı gündə bunu etmək heç də asan deyil. Sən demə, Məryəm də dostlarına deyirmiş ki, əgər donor ola biləcəyini bilsə, bir saniyə belə tərəddüd etməzdi.

Ailə düşündü ki, bu addımla bir neçə insan həyata qayıda bilər. Elə də oldu. Altı nəfərin həyatı xilas edildi”, – o deyib.

Qeyd edək ki, mərhum Məryəm Əliyeva bloger Nərmin Əliyevanın bacısı olub. Bu barədə blogerin özü də məlumat verərək bacısının orqanlarının altı nəfərə həyat verdiyini bildirib.

Скопировано
Dövlət Xidmətindən sakinlərə hava barədə xəbərdarlıq - Baku TV CANLI

Dövlət Xidmətindən sakinlərə hava barədə xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
17 июня 2026 23 просмотров
"O cür təmirli idi, məni qovdular" - Şirkətin onu aldatdığını deyən qadın fəryad etdi - Baku TV

"O cür təmirli idi, məni qovdular" - Şirkətin onu aldatdığını deyən qadın fəryad etdi - Baku TV

Cəmiyyət
17 июня 2026 23 просмотров
Qalmaqallı videonun yayıldığı bağça | Uşaqların başına oyun açırlar? - Baku TV

Qalmaqallı videonun yayıldığı bağça | Uşaqların başına oyun açırlar? - Baku TV

Cəmiyyət
17 июня 2026 23 просмотров
“Mən niyə küçədə qalmalıyam?!” | Atasından miras qalan ev sakinin əlindən alındı? - Baku TV

“Mən niyə küçədə qalmalıyam?!” | Atasından miras qalan ev sakinin əlindən alındı? - Baku TV

Cəmiyyət
17 июня 2026 23 просмотров
"Bizi də elə adamlar təbrik edir ki..." | Nazirin Röyaya təbrikinə məşhurların reaksiyası - Baku TV

"Bizi də elə adamlar təbrik edir ki..." | Nazirin Röyaya təbrikinə məşhurların reaksiyası - Baku TV

Cəmiyyət
17 июня 2026 23 просмотров
Şagird və müəllimlərin nəzərinə | Məktəblərdə nizam-intizam qaydalarında vahid yanaşma - Baku TV

Şagird və müəllimlərin nəzərinə | Məktəblərdə nizam-intizam qaydalarında vahid yanaşma - Baku TV

Cəmiyyət
16 июня 2026 23 просмотров
Küləkli hava ilə bağlı əhaliyə vacib xəbərdarlıq - ANA XƏBƏR

Küləkli hava ilə bağlı əhaliyə vacib xəbərdarlıq - ANA XƏBƏR

Cəmiyyət
16 июня 2026 23 просмотров
“Bunu bütün analara hədiyyə etdik” | Fərqanə Qasımova yeni layihəsini təqdim etdi - Baku TV

“Bunu bütün analara hədiyyə etdik” | Fərqanə Qasımova yeni layihəsini təqdim etdi - Baku TV

Cəmiyyət
16 июня 2026 23 просмотров
"YAŞAT" şəhid övladları üçün əyləncəli və faydalı düşərgə təşkil etdi - Baku TV

"YAŞAT" şəhid övladları üçün əyləncəli və faydalı düşərgə təşkil etdi - Baku TV

Cəmiyyət
16 июня 2026 23 просмотров
"Burada ölən olsa..." - Vahimə içində qalan əhali: "Qorxumuzdan nə edəcəyimizi bilmirik" - Baku TV

"Burada ölən olsa..." - Vahimə içində qalan əhali: "Qorxumuzdan nə edəcəyimizi bilmirik" - Baku TV

Cəmiyyət
16 июня 2026 23 просмотров
Выбранные
icon