Выбрать плеер:

Sürücülər arasında qeyri-rəsmi anlaşmalar mübahisəyə səbəb olur | Hüquqşünasdan açıqlama - Baku TV

16 мая 2026 75 просмотров

Yol-nəqliyyat hadisəsi zamanı bəzi sürücülər məsələni polisə və sığorta şirkətlərinə bildirmədən öz aralarında həll etməyə çalışırlar. Belə vəziyyətlərdə tərəflərdən birinin "nə xərcin varsa, qarşılayacağam" deyərək hadisə yerindən uzaqlaşması sonradan zərərçəkəni çətin vəziyyətə salır. Çünki hadisə yerindən uzaqlaşdıqdan sonra sübut toplamaq və prosesi rəsmiləşdirmək bəzən mümkün olmur.

Razim Kərimov da belə hallardan birinin qurbanı olub. Onun sözlərinə görə, martın 6-da Binə qəsəbəsində yolu keçmək istəyərkən "Toyota" markalı avtomobil onu vurub. Sürücü və yaxınları məsələni öz aralarında həll etməyi təklif ediblər. R.Kərimov qarşı tərəfin sözünə inanaraq razılıq verib. Ancaq verilən vədlər yerinə yetirilməyib.

"Xəstəxanada ayılarkən ayağımın ağır dərəcədə zədələndiyini, sümüklərin əzildiyini gördüm. Əvvəllər başqa xəstəliklərə görə bir neçə dəfə narkoz aldığım üçün həkimlər mənə yenidən narkoz verilməsini məsləhət görmədilər. Ayağım bir ay gipsdə qaldıqdan sonra açıldı, lakin həkimlər əməliyyatın vacib olduğunu dedilər. Hadisəni törədən şəxs isə bir dəfə belə gəlib mənə baş çəkmədi, üzr istəmədi", – deyə Razim Kərimov bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) qeyd olunub ki, faktla bağlı araşdırma aparılır:

"Tərəflərin ərizə və izahatları alınıb, hadisə yerinə baxış keçirilib. Digər sübutlar da toplanılaraq fakt üzrə açılmış cinayət işinə əlavə olunub. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Hazırda istintaq araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Скопировано
"Turizm kəndi kimi fəaliyyət göstərəcək" | Şuşada böyük quruculuq işləri - Baku TV

"Turizm kəndi kimi fəaliyyət göstərəcək" | Şuşada böyük quruculuq işləri - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
"Gördüyünüz hər şey burada hazırlanır" | Ata-baba yurdunda öz işini quran Laçın sakini - Baku TV

"Gördüyünüz hər şey burada hazırlanır" | Ata-baba yurdunda öz işini quran Laçın sakini - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
"Məhsullarımız xaricə də səs salıb" | Doğma torpaqda müasir sənət mərkəzləri - Baku TV

"Məhsullarımız xaricə də səs salıb" | Doğma torpaqda müasir sənət mərkəzləri - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
Qarabağ Universitetinin Xocalı və Şuşada yeni fakültəsi açılacaq - Baku TV

Qarabağ Universitetinin Xocalı və Şuşada yeni fakültəsi açılacaq - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
Laçının sənaye müəssisələri | Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - Baku TV

Laçının sənaye müəssisələri | Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
Ağdamdan Xankəndiyə qədər yeni avtovağzalın tikintisi barədə açıqlama - Baku TV

Ağdamdan Xankəndiyə qədər yeni avtovağzalın tikintisi barədə açıqlama - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
Qurban bayramı ərəfəsində heyvan bazarında vəziyyət necədir? - Baku TV

Qurban bayramı ərəfəsində heyvan bazarında vəziyyət necədir? - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
KFC müştərilərə nə yedizdirir? - "Bunlar çox təhlükəlidir, çünki..." - Baku TV

KFC müştərilərə nə yedizdirir? - "Bunlar çox təhlükəlidir, çünki..." - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
Qubadakı Bayraq Muzeyindən maraqlı görüntülər - Baku TV

Qubadakı Bayraq Muzeyindən maraqlı görüntülər - Baku TV

Cəmiyyət
18 мая 2026 75 просмотров
Haluk Levent WUF13 çərçivəsində konsert proqramı ilə çıxış etdi - Baku TV

Haluk Levent WUF13 çərçivəsində konsert proqramı ilə çıxış etdi - Baku TV

Cəmiyyət
18 мая 2026 75 просмотров
Выбранные
icon