Выбрать плеер:
"Gördüyünüz hər şey burada hazırlanır" | Ata-baba yurdunda öz işini quran Laçın sakini - Baku TV
Laçında fəaliyyət göstərən sahibkar Günay Rüstəmova doğma yurdunda fəaliyyət göstərməyin qürurunu yaşayır.
O, jurnalistlərə açıqlamasında bildirib ki, uzun illərdən sonra öz torpağına qayıdaraq burada biznes qurub və hazırda fəaliyyətini uğurla davam etdirir.
Sahibkar qeyd edib ki, rəhbərlik etdiyi çörək və şirniyyat müəssisəsində bütün məhsullar yerli sakinlərin iştirakı ilə hazırlanır.
“30 ildən sonra öz doğma torpağımızdayıq. İki ildir burada yaşayıram. Çox şükür ki, fəaliyyətimizi davam etdiririk. Çörək, şirniyyat – gördüyünüz hər şey burada hazırlanır. İşçilərimizin hamısı Laçın sakinləridir”, – deyə Günay Rüstəmova bildirib.
Скопировано
Тег #Laçın используется
- "Məhsullarımız xaricə də səs salıb" | Doğma torpaqda müasir sənət mərkəzləri - Baku TV
- Laçının sənaye müəssisələri | Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - Baku TV
- Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası keçirilib - Baku TV
- SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Laçında vətəndaşları qəbul edəcək - Baku TV
- "Elə bil ki, ömrüm artıb" | Zabux kəndinin sakini Prezidentlə söhbətindən danışdı - Baku TV
