Выбрать плеер:

"Düşünürlər ki, bunu almaqdansa..." | Yerli maşınlar niyə sürücülərin seçiminə çevrilmədi? - Baku TV

16 мая 2026 75 просмотров

16 il əvvəl Azərbaycanda avtomobil sənayesində mühüm addım atıldı. Ölkəmiz öz avtomobil istehsalına başladı. Bu hadisə bir çox vətəndaş tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılandı. İnsanlar düşünürdülər ki, yerli istehsal olan avtomobillər xarici markalarla müqayisədə daha münasib qiymətə təqdim olunacaq. Lakin zaman keçdikcə gözləntilər tam olaraq özünü doğrultmadı.

Bəs ölkəmizdə istehsal olunan avtomobillərə vətəndaşlar arasında maraq niyə azdır?

Mütəxəssislərin sözlərinə görə, yerli avtomobillərə marağın zəif olmasının əsas səbəblərindən biri bazarda xarici ölkə istehsalı olan avtomobillərin daha sərfəli qiymətlərlə satışa çıxarılmasıdır. Eyni zamanda sürücülər keyfiyyət, texnologiya və ehtiyat hissələri baxımından da xarici markalara üstünlük verirlər.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Çinin avtomobil sənayeçiləri postsovet ölkələrinə öz istehsalını ixrac edəndən sonra daxili istehsala olan tələbat bir qədər azaldı:

“Çünki burada əsasən qiymətdə rəqabətlilik məsələsi var. Yaxşı olardı ki, müəyyən idarə və qurumlar imkan daxilində yerli nəqliyyat vasitələrinə üstünlük versinlər”.

İqtisadçı ekspert Xalid Kərimli bildirir ki, Azərbaycanda fəaliyyət göstərən avtomobil zavodları hələlik nə xarici bazara çıxış əldə edə bilir, nə də daxili tələbatı tam şəkildə qarşılayır.

Ekspertin fikrincə, bu sahənin inkişafı üçün həm istehsal gücü, həm də texnoloji imkanlar genişləndirilməlidir:

“Mövcud vəziyyət digər bazarlara avtomobil ixracı üçün əsas vermir, istehsal yalnız yerli tələbatın ödənməsinə yönəlib. Lakin zavodlar nəinki ixracı, heç daxili tələbatın da əhəmiyyətli hissəsini ödəyə bilmir, bazarda payı çox cüzidir”.

Скопировано
"Turizm kəndi kimi fəaliyyət göstərəcək" | Şuşada böyük quruculuq işləri - Baku TV

"Turizm kəndi kimi fəaliyyət göstərəcək" | Şuşada böyük quruculuq işləri - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
"Gördüyünüz hər şey burada hazırlanır" | Ata-baba yurdunda öz işini quran Laçın sakini - Baku TV

"Gördüyünüz hər şey burada hazırlanır" | Ata-baba yurdunda öz işini quran Laçın sakini - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
"Məhsullarımız xaricə də səs salıb" | Doğma torpaqda müasir sənət mərkəzləri - Baku TV

"Məhsullarımız xaricə də səs salıb" | Doğma torpaqda müasir sənət mərkəzləri - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
Qarabağ Universitetinin Xocalı və Şuşada yeni fakültəsi açılacaq - Baku TV

Qarabağ Universitetinin Xocalı və Şuşada yeni fakültəsi açılacaq - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
Laçının sənaye müəssisələri | Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - Baku TV

Laçının sənaye müəssisələri | Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
Ağdamdan Xankəndiyə qədər yeni avtovağzalın tikintisi barədə açıqlama - Baku TV

Ağdamdan Xankəndiyə qədər yeni avtovağzalın tikintisi barədə açıqlama - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
Qurban bayramı ərəfəsində heyvan bazarında vəziyyət necədir? - Baku TV

Qurban bayramı ərəfəsində heyvan bazarında vəziyyət necədir? - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
KFC müştərilərə nə yedizdirir? - "Bunlar çox təhlükəlidir, çünki..." - Baku TV

KFC müştərilərə nə yedizdirir? - "Bunlar çox təhlükəlidir, çünki..." - Baku TV

Cəmiyyət
19 мая 2026 75 просмотров
Qubadakı Bayraq Muzeyindən maraqlı görüntülər - Baku TV

Qubadakı Bayraq Muzeyindən maraqlı görüntülər - Baku TV

Cəmiyyət
18 мая 2026 75 просмотров
Haluk Levent WUF13 çərçivəsində konsert proqramı ilə çıxış etdi - Baku TV

Haluk Levent WUF13 çərçivəsində konsert proqramı ilə çıxış etdi - Baku TV

Cəmiyyət
18 мая 2026 75 просмотров
Выбранные
icon