Выбрать плеер:

Dövlət məktəbəqədər təhsilə vəsait ayırmayacaq? – Nazir açıqladı

13 ноября 2025 349 просмотров

“Məktəbəqədər təhsilin 100% dövlət tərəfindən maliyyələşməsi real deyil”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, hazırda ölkədə 600 min 1-5 yaşlı uşaq var və əgər bütün uşaqların məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulursa, bunun üçün dövlətin illik xərci təxminən 2,7 milyard manat təşkil edir.

Onun sözlərinə görə, bu vəsaitin hər il yalnız məktəbəqədər təhsilə xərclənməsi qeyri-real görünür:

"Dünyanın heç bir yerində belə təhsil sistemi yoxdur ki, dövlət məktəbəqədər təhsilə gedən bütün uşaqların təhsil haqqını ödəsin. 100% dövlət tərəfindən maliyyələşən model tapmaq çətindir. Bu problemin həllinin fərqli alternativ tələb etdiyini nəzərə alaraq, son illər alternativ modellər tətbiq edirik".

Nazir qeyd edib ki, yeni modellər hazırlanarkən həmin uşaqların valideynlərinin sosial vəziyyəti, işləyib-işləməməsi və şəhər-kənd fərqləri nəzərə alınmalıdır.

E.Əmrullayev həmçinin icma əsaslı məktəbəqədər təhsil modelinin ənənəvi baxçadan təxminən 8 dəfə ucuz başa gəldiyini diqqətə çatdırıb:

"Bir uşağı ənənəvi məktəbəqədərə göndərmək əvəzinə, həmin vəsaitlə 8 uşağı icma əsaslı məktəbəqədərə cəlb etmək mümkündür. Bu model artıq özünü doğruldur".

Скопировано
Azərbaycanda sel təhlükəsi: gələcək üçün hansı addımlar atılacaq? - AKTUAL GÜNDƏM

Azərbaycanda sel təhlükəsi: gələcək üçün hansı addımlar atılacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
29 апреля 2026 349 просмотров
“Hamısı çatladı” | Çernobıl əlili çarəsiz halda: “Gecə evdən səs gəlir, sanki zəlzələdir” - Baku TV

“Hamısı çatladı” | Çernobıl əlili çarəsiz halda: “Gecə evdən səs gəlir, sanki zəlzələdir” - Baku TV

Cəmiyyət
29 апреля 2026 349 просмотров
Tramp Böyük Britaniya kralını ABŞ-də necə qarşıladı? - 24 SAAT

Tramp Böyük Britaniya kralını ABŞ-də necə qarşıladı? - 24 SAAT

Cəmiyyət
29 апреля 2026 349 просмотров
Yeni tikiləcək mənzillərdə kombi qadağası | Marketlərdə diqqətdən yayınan təhlükə - YENİ BİR SƏHƏR

Yeni tikiləcək mənzillərdə kombi qadağası | Marketlərdə diqqətdən yayınan təhlükə - YENİ BİR SƏHƏR

Cəmiyyət
29 апреля 2026 349 просмотров
"Rəqəmsal məktəb" daha beş şəhərdə tətbiq olunacaq

"Rəqəmsal məktəb" daha beş şəhərdə tətbiq olunacaq

Cəmiyyət
28 апреля 2026 349 просмотров
Cərimə hesabına qəzaları azaltmaq olar? - “Məcbur edir ki, qaydanı poz!” | NECƏ OLMALIDIR?

Cərimə hesabına qəzaları azaltmaq olar? - “Məcbur edir ki, qaydanı poz!” | NECƏ OLMALIDIR?

Cəmiyyət
28 апреля 2026 349 просмотров
Su altında qalan və zərər görən evlərlə bağlı imzalanan sərəncamın detalları - Baku TV

Su altında qalan və zərər görən evlərlə bağlı imzalanan sərəncamın detalları - Baku TV

Cəmiyyət
28 апреля 2026 349 просмотров
"Hədəflərimizə çata bilirik" | "Qərbi Azərbaycan İrsini Tanı" layihəsi yekunlaşdı - Baku TV

"Hədəflərimizə çata bilirik" | "Qərbi Azərbaycan İrsini Tanı" layihəsi yekunlaşdı - Baku TV

Cəmiyyət
28 апреля 2026 349 просмотров
Məktəblərdəki xoşagəlməz hadisələr Agentliyin gündəmindədir

Məktəblərdəki xoşagəlməz hadisələr Agentliyin gündəmindədir

Cəmiyyət
28 апреля 2026 349 просмотров
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzaladı - Baku TV

"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzaladı - Baku TV

Cəmiyyət
28 апреля 2026 349 просмотров
Выбранные
icon