Dünya ölkələri İranla əlaqələrini kəsir
Yanvarın 27-də Tehrandakı səfirliyimizə olunan terror hücumundan sonra bir sıra ölkələr İrandakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyindən narahat olmağa başlayıblar. Hətta bəzi dövlətlər öz diplomatlarını geri çağırmağa hazırlaşır.
Birləşmiş Krallıq vətandaşlarını dərhal İranı tərk etməyə çağırıb. Rəsmi Kiyev isə daha öncə İranın Rusiyaya pilotsuz uçuş aparatları satdığını və bu silahların Ukraynaya qarşı istifadə oldunduğunu əsas gətirərək bu ölkə ilə diplomatik əlaqələri kəsə biləcəyini ifadə etmişdi.
Almaniya da yaxın günlərdə diplomatlarını İrandan geri çağırmağı planlaşdırır. Buna səbəb kimi isə nümayəndəliklərin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaması göstərilir.
Xatırladaq ki, yanvarın 27-də həyata keçirilən terror hücumu zamanı Azərbaycan səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Bundan sonra isə Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.
