Выбрать плеер:

Ədalət Verdiyev nədə ittiham olunur? | Detallar açıqlandı

05 марта 2025 679 просмотров

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə keçirilən ilk hazırlıq iclası məhkəmənin qərarı ilə qapalı keçirilib. Buna səbəb kimi isə cinayət işinin əsasını hərbi sirlərin yayılması ilə bağlı epizodların təşkil etməsidir. Məhkəmənin baxış iclası martın 19-na təyin edilib.

Qeyd edək ki, hərbi ekspertə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə elan olunan ittiham xitam olunub. Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə məhkəməyə göndərilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı ötən il noyabrın 22-də Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçən xüsusi səlahiyyət üzrə hərbi ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

İstintaqla işğaldan azad olunan ərazilərə noyabrın 22-də təşkil olunan mediaturda hərbi ekspert qismində iştirak edən Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməsi aşkarlanıb.

Həmçinin onun videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanan sübutlar əsasında istintaq başlanan dövrdə Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.

Скопировано
Aktaudakı faciəvi qəzaya həsr olunmuş poçt markası təqdim edildi - Baku TV

Aktaudakı faciəvi qəzaya həsr olunmuş poçt markası təqdim edildi - Baku TV

Cəmiyyət
23 декабря 2025 679 просмотров
İçərişəhərdə yeni muzeylər yaradılacaq

İçərişəhərdə yeni muzeylər yaradılacaq

Cəmiyyət
23 декабря 2025 679 просмотров
İçərişəhərdə “ağıllı şəhər” sistemi qurulacaq

İçərişəhərdə “ağıllı şəhər” sistemi qurulacaq

Cəmiyyət
23 декабря 2025 679 просмотров
"Birinci zərbədən 40 saniyə sonra..." | AZAL rəsmisi Aktaudakı faciəvi qəzadan danışdı - Baku TV

"Birinci zərbədən 40 saniyə sonra..." | AZAL rəsmisi Aktaudakı faciəvi qəzadan danışdı - Baku TV

Cəmiyyət
23 декабря 2025 679 просмотров
Babayan və Mnatsakanyan ittihamları inkar etdi

Babayan və Mnatsakanyan ittihamları inkar etdi

Cəmiyyət
23 декабря 2025 679 просмотров
Azərbaycanda sosial media tam nəzarətə götürülür, yeni qadağalar tətbiq olunur? - AKTUAL GÜNDƏM

Azərbaycanda sosial media tam nəzarətə götürülür, yeni qadağalar tətbiq olunur? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 декабря 2025 679 просмотров
Media savadlılığının perspektivləri müzakirə olunub - Baku TV

Media savadlılığının perspektivləri müzakirə olunub - Baku TV

Cəmiyyət
23 декабря 2025 679 просмотров
Xankəndidə terror törətməyə cəhd edən Avanesyan yenidən hakim qarşısında - Baku TV

Xankəndidə terror törətməyə cəhd edən Avanesyan yenidən hakim qarşısında - Baku TV

Cəmiyyət
23 декабря 2025 679 просмотров
Şabranda bu yol sürücülər üçün təhlükəli vəziyyət yaradır - Baku TV

Şabranda bu yol sürücülər üçün təhlükəli vəziyyət yaradır - Baku TV

Cəmiyyət
23 декабря 2025 679 просмотров
"Zəngəzur yallısı"nın təqdimat mərasimindən maraqlı görüntülər - Baku TV

"Zəngəzur yallısı"nın təqdimat mərasimindən maraqlı görüntülər - Baku TV

Cəmiyyət
23 декабря 2025 679 просмотров
Выбранные
icon