Cəmiyyət
Выбрать плеер:

Əhmədin müalicəsi başa çatarsa, yenidən həbs edilə bilər? | Detallar açıqlandı

11 октября 2024

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə ediləcək. Əhməd Əhmədov barəsində verilən qərar ictimaiyyət arasında bəzi müzakirələrə səbəb olub.

Belə ki, cəmiyyət arasında onun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməməsi mənfi qarşılanıb.

Məsələ ilə bağlı hüquqşünas Hikmət Əliyev bildirib ki, məhkəmə tərəfindən belə qərarların çıxarılması həm daxili qanunvericiliyə, həm də dünya hüquq praktikasına tam uyğundur.

Hüquqşünasın sözlərinə görə, həmin psixiatriya xəstəxanalarında olan rejim cəzaçəkmə müəssisələrində olan rejimdən daha ciddi və sərt olur:

“Çünki bu tip şəxlər daimi tibbi müşahidə altında saxlanılırlar. Bundan əlavə, nəzərə alınmalıdır ki, cəzaçəkmə müəssisələrində müəyyən edilmiş rejim qaydaları sağlam insanlara, yəni öz hərəkətini idarə edə bilən insanlara münasibətdə müəyyən edilmişdir. Öz hərəkətlərini idarə edə bilməyən, hərəkətlərinin nəticələrini idrak və dərk edə bilməyən insanların həmin cəzaçəkmə müəssisəsində digər sağlam insanlarla birlikdə olması ilə bağlı məhkəmə qərarının qəbul edilməsi yolverilməz hesab edilməlidir. Buna görə də məhkəmənin qərarı tam ədalətli və qanunidir”.

Xatırladaq ki, oxşar məhkəmə qərarı bir neçə gün əvvəl “Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəyliyə qarşı da çıxarılıb. Məhkəmə prosesində keçirilən ekspertiza rəyləri ilə Əfsanə Qalabəylinin cinayəti anlaqsız vəziyyətdə törətdiyi və hadisədən sonra onda psixi pozuntu yarandığı təsdiq edilib. Bu səbəbdən xanım müttəhim cəzadan azad edilərək barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq olunub.

Bu gün ilin ən qısa gündüzü və uzun gecəsidir | Azərbaycana qış gəldi

Bu gün ilin ən qısa gündüzü və uzun gecəsidir | Azərbaycana qış gəldi

Cəmiyyət
21 декабря 2024
Qiymətləndiricilər Palatasının ilk iclası keçirildi | Hansı məsələlər müzakirə edildi?

Qiymətləndiricilər Palatasının ilk iclası keçirildi | Hansı məsələlər müzakirə edildi?

Cəmiyyət
21 декабря 2024
Şəkər xəstələri ağırlaşmaların olmaması üçün nə etməlidir? - Diabetik ayağın əlamətləri - BAKU MED

Şəkər xəstələri ağırlaşmaların olmaması üçün nə etməlidir? - Diabetik ayağın əlamətləri - BAKU MED

Cəmiyyət
21 декабря 2024
Direktorların işə qəbulu üzrə imtahan | MÜTDA-nın əməkdaşı detalları açıqladı

Direktorların işə qəbulu üzrə imtahan | MÜTDA-nın əməkdaşı detalları açıqladı

Cəmiyyət
21 декабря 2024
Məktəbəqədər təhsil müəssisələrində direktor olmaq istəyənlər imtahan verdi

Məktəbəqədər təhsil müəssisələrində direktor olmaq istəyənlər imtahan verdi

Cəmiyyət
21 декабря 2024
Bananı hansı halda yemək lazımdır ? | Ləkələr ona görə yaranır ki...

Bananı hansı halda yemək lazımdır ? | Ləkələr ona görə yaranır ki...

Cəmiyyət
21 декабря 2024
FHN bu yanacaqdoldurma məntəqələrinin fəaliyyətini niyə dayandırdı?

FHN bu yanacaqdoldurma məntəqələrinin fəaliyyətini niyə dayandırdı?

Cəmiyyət
21 декабря 2024
Bayram günlərində bizi hansı təhlükə gözləyir? | BDYPİ-dən müraciət

Bayram günlərində bizi hansı təhlükə gözləyir? | BDYPİ-dən müraciət

Cəmiyyət
21 декабря 2024
Burada elə şərait qurulub ki... | Daşkəsənin əsas istirahət zonasından reportaj

Burada elə şərait qurulub ki... | Daşkəsənin əsas istirahət zonasından reportaj

Cəmiyyət
21 декабря 2024
Ordumuz mümkünsüzü mümkün etdi | Şuşaya yola salınan ailələr duyğularını bölüşdü

Ordumuz mümkünsüzü mümkün etdi | Şuşaya yola salınan ailələr duyğularını bölüşdü

Cəmiyyət
21 декабря 2024
Выбранные
icon