Выбрать плеер:

Görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasından 102 il keçir

28 апреля 2025 374 просмотров

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

O, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılan traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib.

Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının Averbax adına mükafatına layiq görülüb.

O, 1985-ci il aprelin 15-də Moskvada vəfat edib.

Скопировано
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür - Baku TV

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür - Baku TV

Cəmiyyət
15 апреля 2026 374 просмотров
Abşeronda müğənni sevgilisi tərəfindən döyülüb? - Baku TV

Abşeronda müğənni sevgilisi tərəfindən döyülüb? - Baku TV

Cəmiyyət
15 апреля 2026 374 просмотров
Yaxın Şərqdəki vəziyyətin ziyarətə təsiri olacaq? | QMİ rəsmisindən açıqlama - 24 SAAT

Yaxın Şərqdəki vəziyyətin ziyarətə təsiri olacaq? | QMİ rəsmisindən açıqlama - 24 SAAT

Cəmiyyət
15 апреля 2026 374 просмотров
Paytaxtın bəzi ərazilərinə şiddətli dolu yağıb - Baku TV

Paytaxtın bəzi ərazilərinə şiddətli dolu yağıb - Baku TV

Cəmiyyət
15 апреля 2026 374 просмотров
"Yaratdığımız şərait səhvdir" | Piyadayönümlü Bakıda maşınlar üstün tutulur? - NECƏ OLMALIDIR?

"Yaratdığımız şərait səhvdir" | Piyadayönümlü Bakıda maşınlar üstün tutulur? - NECƏ OLMALIDIR?

Cəmiyyət
14 апреля 2026 374 просмотров
Sakinlər bu problemdən cana doyub | "Maşın buna görə düşüb qırıldı..." - Baku TV

Sakinlər bu problemdən cana doyub | "Maşın buna görə düşüb qırıldı..." - Baku TV

Cəmiyyət
14 апреля 2026 374 просмотров
Azərbaycanda dağıdıcı zəlzələ əlaməti: Xəzərin səviyyəsinin düşməsi tektonik qırılma ilə bağlıdır?

Azərbaycanda dağıdıcı zəlzələ əlaməti: Xəzərin səviyyəsinin düşməsi tektonik qırılma ilə bağlıdır?

Cəmiyyət
14 апреля 2026 374 просмотров
Bu rayonda qar o həddə çatdı ki... | "Son illərdə belə şey olmamışdı" - Baku TV

Bu rayonda qar o həddə çatdı ki... | "Son illərdə belə şey olmamışdı" - Baku TV

Cəmiyyət
14 апреля 2026 374 просмотров
Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - Cərimə olsa da... - Baku TV

Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - Cərimə olsa da... - Baku TV

Cəmiyyət
14 апреля 2026 374 просмотров
"İnsan bir də belə mağazaya girməz" | Mağazalar görün hansı yola əl atır - Baku TV

"İnsan bir də belə mağazaya girməz" | Mağazalar görün hansı yola əl atır - Baku TV

Cəmiyyət
14 апреля 2026 374 просмотров
Выбранные
icon