Выбрать плеер:
Göygöldə keçirilən III Moruq Festivalından maraqlı anlar - Baku TV
Göygöldə III Moruq Festivalı keçirilir. Festivalda moruq və ondan hazırlanan müxtəlif məhsullarla yanaşı, rayonda yetişdirilən kənd təsərrüfatı məhsulları da nümayiş olunur.
Festival Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi və digər təşkilatların birgə təşkilatçılığı ilə keçirilir.
Moruq Festivalının keçirildiyi Keşkü kəndində gün ərzində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub. Burada folklor, milli mətbəx nümunələri, idman və musiqi nömrələri nümayiş olunacaq.
Скопировано
