Выбрать плеер:

İnsult zamanı ilk yardım qaydaları hansılardır?

17 марта 2026 42 просмотров

"Ətrafdakıların köməyi insult keçirən insanın həyatını xilas edə və onun sonrakı reabilitasiyasını asanlaşdıra bilər".

Bunu Rusiyalı nevroloq Qalina Çudinskaya yerli mediaya bildirib.

Onun sözlərinə görə, "İnsultu üz, nitq, əl ilə tanı" metodikası insultu tanımağa kömək edir: "Əgər insan rahat gülümsəyə bilmirsə, hər iki əlini qaldırmağa cəhd edərkən bir əli aşağı düşürsə və ya nitqi anlaşılmaz olursa, dərhal hərəkət etmək lazımdır".

Həkim bu əlamətlərdən heç olmasa birinin müşahidə olunacağı təqdirdə dərhal təcili yardım çağırmağı və əlamətlərin dəqiq başlama vaxtını mütləq yadda saxlamağı tövsiyə edib. Bu, həkimlərə düzgün terapiya seçməyə kömək edəcək, çünki tromboliz yalnız ilk 4,5 saat ərzində effektivdir.

O vurğulayıb ki, təcili yardım gəlməmişdən əvvəl insan təhlükəsiz vəziyyətdə uzadılmalıdır: "Əgər o, ayıq vəziyyətdədirsə, başı qaldırılmış vəziyyətdə arxası üstə, əgər deyilsə, qusma zamanı boğulmaması üçün böyrü üstə uzadılmalıdır. Həmçinin yaxası açılmalı, hava axını təmin edilməli, nəfəs alması və nəbzi daim nəzarətdə saxlanılmalıdır".

"İnsult şübhəsi olan insana heç bir halda su, yemək və ya dərman, spirtli içkilər, qəhvə və enerji içkiləri verilməməlidir. Çünki bu, vəziyyəti pisləşdirə bilər", – deyə nevroloq bildirib.

Çudinskaya əlavə edib ki, iflic olmuş ətraf orqanları masaj etmək və ya ovuşdurmaq olmaz. Onun sözlərinə görə, bu, qan axınını yaxşılaşdırmır, əksinə, travmaya səbəb ola bilər.

Скопировано
Bakıda İlaxır çərşənbə coşqu ilə qeyd olunur - Baku TV

Bakıda İlaxır çərşənbə coşqu ilə qeyd olunur - Baku TV

Cəmiyyət
17 марта 2026 42 просмотров
Uşağı önə verib "bufer zona" yaratmaq: Piyada niyə bilərəkdən təhlükə yaradır? - NECƏ OLMALIDIR?

Uşağı önə verib "bufer zona" yaratmaq: Piyada niyə bilərəkdən təhlükə yaradır? - NECƏ OLMALIDIR?

Cəmiyyət
17 марта 2026 42 просмотров
"Baku TV" reytinqlərdə birincidir - Baku TV

"Baku TV" reytinqlərdə birincidir - Baku TV

Cəmiyyət
17 марта 2026 42 просмотров
Ramazan ayının 28-ci gününün duası - Baku TV

Ramazan ayının 28-ci gününün duası - Baku TV

Cəmiyyət
17 марта 2026 42 просмотров
Bu dərmanı həkimsiz qəbul edənlər mütləq bilsin! | "İnsult da keçirə bilərsiniz" - Baku TV

Bu dərmanı həkimsiz qəbul edənlər mütləq bilsin! | "İnsult da keçirə bilərsiniz" - Baku TV

Cəmiyyət
17 марта 2026 42 просмотров
"Göz qabağındadır, 2-3 gün yalandan..." | Qobu sakinlərinin problemi niyə həll edilmir? - Baku TV

"Göz qabağındadır, 2-3 gün yalandan..." | Qobu sakinlərinin problemi niyə həll edilmir? - Baku TV

Cəmiyyət
17 марта 2026 42 просмотров
Axıska türkləri və ləzgilərin özünəməxsus Novruz adətləri - Baku TV

Axıska türkləri və ləzgilərin özünəməxsus Novruz adətləri - Baku TV

Cəmiyyət
17 марта 2026 42 просмотров
Ağdamda Novruz yarmarkası | Sakinlərin bayram həyəcanı - Baku TV

Ağdamda Novruz yarmarkası | Sakinlərin bayram həyəcanı - Baku TV

Cəmiyyət
17 марта 2026 42 просмотров
Ağsunun Bico kəndində İlaxır çərşənbə necə qeyd olunur? - Baku TV

Ağsunun Bico kəndində İlaxır çərşənbə necə qeyd olunur? - Baku TV

Cəmiyyət
17 марта 2026 42 просмотров
Vaqif Mustafazadənin doğum gününə həsr edilmiş tədbir keçirildi

Vaqif Mustafazadənin doğum gününə həsr edilmiş tədbir keçirildi

Cəmiyyət
17 марта 2026 42 просмотров
Выбранные
icon