Cəmiyyət
Выбрать плеер:

Maşının qiymətinə görə cərimə dəyişə bilər? - Ekspert və sakinlər danışdı

24 октября 2024

Avtobus və velosiped zolaqlarına daxil olan avtomobillərin sürücülərinə eyni miqdarda cərimə tətbiq edilir. Maşının qiyməti baha da olsa, ucuz da.

Sosial şəbəkələrdə sözügedən mövzu müzakirəyə çıxarılaraq qeyd edilir ki, bu sistem yanlışdır. İstifadəçilərin fikirlərinə görə, bahalı avtomobillərə daha çox cərimə tətbiq edilməlidir.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında “maşının qiymətinə görə cəza dəyişməlidirmi” sualı ilə sorğu keçirib.

“Taksi sürücüsüyəm. 7 min manatlıq maşın sürürəm. Mənə də 100 manat cərimə gəlir, 150 minlik avtomobil sürənə də”, – deyə sakin narazılıq bildirib.

Bəs görəsən, cərimənin avtomobilin qiymətinə görə dəyişməsini reallaşdırmaq mümkündür?

Nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı qeyd edib ki, bunun olması üçün qanunvericilik səviyyəsində dəyişiklik edilməlidir.

“Azərbaycanda buna ehtiyac olduğunu düşünürəm. Çünki bahalı avtomobilləri olan imkanlı adamlar qanunlara yuxarıdan aşağı baxırlar. Onlar üçün 100 manatlıq cərimənin əhəmiyyəti yoxdur”, – deyə ekspert əlavə edib.

Скопировано
İki insanın həyatına məna axtarışından bəhs edən “İt arısı” tamaşası

İki insanın həyatına məna axtarışından bəhs edən “İt arısı” tamaşası

Cəmiyyət
28 октября 2024
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı | Ermənistan isə...

Dünyanın ən güclü ordularının siyahısı açıqlandı | Ermənistan isə...

Cəmiyyət
28 октября 2024
Ermənistanın raket hücumunda şəhid olan Bərdə sakininin ailəsi danışdı

Ermənistanın raket hücumunda şəhid olan Bərdə sakininin ailəsi danışdı

Cəmiyyət
28 октября 2024
Ermənistan tərəfindən Bərdədə törədilən dəhşətli terrordan 4 il ötür

Ermənistan tərəfindən Bərdədə törədilən dəhşətli terrordan 4 il ötür

Cəmiyyət
28 октября 2024
Turistlər avtobuslara buradan minib-düşə biləcək | RİNN-dən açıqlama

Turistlər avtobuslara buradan minib-düşə biləcək | RİNN-dən açıqlama

Cəmiyyət
27 октября 2024
Onun ölüm qorxusu yox idi... | Cəbhə yoldaşları şəhid Qəzənfərin qəhrəmanlığından danışdı

Onun ölüm qorxusu yox idi... | Cəbhə yoldaşları şəhid Qəzənfərin qəhrəmanlığından danışdı

Cəmiyyət
27 октября 2024
Kosmosun gözü sayılan türk silahı | Türkiyə hərbi sənayedə necə dünya liderinə çevrildi?

Kosmosun gözü sayılan türk silahı | Türkiyə hərbi sənayedə necə dünya liderinə çevrildi?

Cəmiyyət
27 октября 2024
Sabah hava necə olacaq? | Hava haqqında məlumat

Sabah hava necə olacaq? | Hava haqqında məlumat

Cəmiyyət
27 октября 2024
Dilarə Əliyeva səhnədə | İlk dəfə qadın “Stand up”çının konserti keçirildi

Dilarə Əliyeva səhnədə | İlk dəfə qadın “Stand up”çının konserti keçirildi

Cəmiyyət
27 октября 2024
Şamaxı ağ örpəyə büründü | Yağan ilk qarın görüntüsü

Şamaxı ağ örpəyə büründü | Yağan ilk qarın görüntüsü

Cəmiyyət
27 октября 2024
Выбранные
icon