Выбрать плеер:
Mehdiabadın bitməyən problemləri | Sakinlər zibillərini atmağa yer tapa bilmirlər - Baku TV
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Mehdiabad qəsəbəsinin Bakı küçəsində sakinlər kanalizasiya və məişət tullantıları ilə bağlı ciddi problemlərdən şikayətlənirlər.
Sakinlərin sözlərinə görə, küçədə kanalizasiya xətti və zibil konteynerləri yoxdur. Buna görə də onlar məişət tullantılarını başqa ərazilərdəki konteynerlərə aparmalı olurlar. Bu isə həmin ərazilərin sakinlərinin narazılığına səbəb olur.
Vətəndaşlar bildirirlər ki, bələdiyyə tərəfindən onlardan mütəmadi olaraq zibil pulu yığılır. Əraziyə ayda bir neçə dəfə zibil maşınları gəlsə də, bir müddət sonra problem yenidən yaranır.
“Qoxudan evdə otura bilmirəm. Böcəklər evə dolur. Nə kanalizasiya var, nə də təmizliyə baxanlar”, – sakinlərdən biri deyib.
Скопировано
