“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV
Узнавайте о новостях первыми
Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Nüsrət Kəsəmənli küçəsinin sakinləri yaşayış evlərinin yaxınlığında yeni obyektin tikilməsindən narazıdırlar.
Belə ki, son vaxtlar fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə yeni bir obyektin tikintisinə başlanılıb. Sakinlərin sözlərinə görə, ərazidə sement anbarı və ya plastik qapı və pəncərə sexinin fəaliyyət göstərəcəyi ehtimal olunur. Vətəndaşlar yaşayış zonasında bu cür istehsalat obyektlərinin yerləşməsinin normativlərə zidd olduğunu vurğulayırlar.
Sakinlər qeyd edirlər ki, obyektin tikintisi və fəaliyyəti nəticəsində yaranan səs-küy onların dinc həyat şəraitini pozur. Vətəndaşlar aidiyyəti qurumlara şikayət etsələr də, hələ ki heç bir tədbir görülmədiyini bildirirlər.
Sakinlər məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Qadınları təhqir edirlər, danışmağa imkan vermirlər. Bizi əkdiyimiz ağacları kəsəcəkləri ilə hədələyirlər. Ağac kəsmək özü bir cinayətdir”, – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib:
“Gecə-gündüz işləyirlər, bizi narahat edirlər. Körpə uşaqlarımız var, səs-küydən yata bilmirlər”.
Тег #Mehdiabad qəsəbəsi используется
- Sakinlər qəbiristanlığın ətrafına atılan tullantılardan təngə gəlib
- "Qoxudan dayanmaq olmur..." | Mehdiabadda antisanitar vəziyyət - Göl zibil poliqonuna çevrilib?
- Mehdiabad sakinlərinin yol probleminə qurumlar niyə baxmır? - Baku TV
- Mehdiabadın bitməyən problemləri | Sakinlər zibillərini atmağa yer tapa bilmirlər - Baku TV
- "İçməli suya qarışır" | Mehdiabad sakinləri niyə belə yaşamağa məcbur qalıb? - Baku TV
