"Qoxudan dayanmaq olmur..." | Mehdiabadda antisanitar vəziyyət - Göl zibil poliqonuna çevrilib?
Узнавайте о новостях первыми
Mehdiabad qəsəbəsində sakinlər qəbiristanlıq ərazisinə məişət tullantılarının atılmasından narazıdırlar.
Sakinlərin sözlərinə görə, əvvəllər göl olan ərazi hazırda zibil poliqonuna çevrilib. Buraya müxtəlif məişət tullantıları, o cümlədən plastik torbalar atılır. Nəticədə, kəskin qoxu və antisanitar vəziyyət yaranıb.
Sakinlər bildirirlər ki, tullantıların küləklə ətrafa yayılması və zaman-zaman yandırılması yaxınlıqdakı yaşayış evləri üçün də ciddi narahatlıq yaradır. Onların iddiasına görə, tullantıların yandırılması zamanı tüstü və xoşagəlməz qoxu ətraf ərazilərə yayılır.
Ərazidə aparılan müşahidələr zamanı qəbiristanlığın müxtəlif hissələrinin yaxınlığında böyük miqdarda tullantıların toplandığı, ətrafda isə fərdi yaşayış evlərinin yerləşdiyi görünür.
