Cəmiyyət
Выбрать плеер:
Mövsüm meyvələrinin qiyməti neçəyədir? | Satıcı və alıcılar danışdı
Mövsümi meyvələr artıq bazarlarda satışa çıxarılıb.
Piştaxtaları bəzəyən bu meyvələrin qiyməti heç də ucuz görünmür.
Bəs alıcılar necə, bu qiymətlərdən razıdırmı? Baku TV-nin əməkdaşı alıcı və satıcıların fikirlərini öyrənib.
Alıcılar məhsulun keyfiyyətindən razı qalsalar da, qiymətin bahalı olmasından gileyləniblər.
Satıcılar deyirlər ki, satışda olan narlar daha çox Sabirabad narlarıdır. Yaxşı narın qiyməti 3 manatdan başlayır. Göyçay narı isə hələ noyabr ayında satışa çıxarılacaq.
“Feyxoanın kilosu 10 manatdır. Lənkəran, Astara məhsuludur. Nar 5 manata da var, 8 manata da. Ölçüsünə görə dəyişir. Heyvanın kilosu 6 manatdır. Xurmanın kiloqramı keyfiyyətindən asılı olaraq 3-4 manat arasında dəyişir”, – deyə satıcı bildirib.
Скопировано
Выбранные