Выбрать плеер:
“Nəticələr kəskin aşağı düşüb” | Nazir rus bölməsi ilə bağlı məsələlərə aydınlıq gətirdi
Bu gün Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir etiraf edib ki, bu gün ölkədəki məktəblərdə rus dili fənni üzrə müəllim çatışmazlığı var:
“Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq ana dilini yaxşı bilməsi öncəliyimizdir. Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə göstərici 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə yarıbayarı nəticə göstərən müəllimi işə götürməyə məcbur qalırıq, çünki başqası yoxdur”.
Скопировано
