Problemlər barədə müraciətin asan yolu | DİN-dən məlumat
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, vətəndaşlar onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciətlərini edə bilərlər.
Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və "e-polis" tətbiqində müvafiq bölmə yaradılıb.
"Mobil tətbiqə daxil olaraq "Ana səhifə"dən "Qəbula yazıl" xidmətinə keçid edib qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.
Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir", ‒ deyə məlumatda vurğulanıb.
Тег #Daxili İşlər Nazirliyi используется
- Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat
- Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI
- Tovuzda erkən nikahın qarşısı alındı | 14 yaşlı qız danışdı - Baku TV
- Xəstə uşaqların görüntüləri ilə pul qoparan fırıldaqçı saxlanıldı | DİN-dən açıqlama - Baku TV
- Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekti tətbiq etdi - Baku TV
