"Bəzi bayramları alverçilər yaradıb" | İslamda müxtəlif bayramlara münasibət necədir? - AMİN
“Amin” verilişinin yeni buraxılışında etnoqraf Təvəkkül Səlimov və ilahiyyatçı Vüqar Səmədovla bayramların mahiyyəti barədə fikir mübadiləsi aparılıb.
Vüqar Səmədov bildirib ki, oruc tutmaq, sadəcə, yeməmək və içməmək demək deyil:
“Oruc tutanda qulağı, gözü haramdan qorumaq, dedi-qodu etməmək lazımdır. Əsas məsələ odur ki, insanlar günahlardan uzaqlaşsınlar. Çünki günah etdikcə qəlbimizə qara nöqtələr düşür. Buna görə ürəklərin cilalanması lazımdır”.
Təvəkkül Səlimov isə Novruz bayramından bəhs edib.
Onun sözlərinə görə, Novruz bayramı xalqın mədəniyyətinin kulminasiya nöqtəsidir:
“Çünki bu bayramda həm musiqi, həm rəqs, həm əkinçilik mədəniyyəti, həm də oyunlar var. Novruzun atributları olmadan bayram olmaz. Onların təməli qədimdən qoyulub. Əgər Nizami Gəncəvinin əsərlərinə və digər böyük mütəfəkkirlərin, Şərq alimlərinin, şairlərinin yaradıcılığına nəzər salsaq, Novruzun demək olar ki, bütün atributlarının əks olunduğunu görərik”.
