"Bu il Azərbaycanda qalacağıq, çünki..." | Münaqişələr turist axınına necə təsir edir? - Baku TV
ABŞ–İsrail–İran münaqişəsi turizm sektoruna da təsirsiz ötüşməyib. Ekspertlər bildirirlər ki, belə müharibələr insanların səyahət seçimlərinə birbaşa təsir edir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–fevral aylarında ölkəmizə dünyanın 163 ölkəsindən 337 mindən çox əcnəbi gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır.
Mütəxəssislərin sözlərinə görə, bu tip münaqişələr zamanı turistlərin əsas qərar amili təhlükəsizlik olur. Nəticədə, bəzi istiqamətlərə maraq azalır.
Turizm eksperti Rəhman Quliyev bildirib ki, Dünya Turizm Şurasının açıqlamasına görə, müharibə dövründə qlobal turizm sektoruna gündəlik 600 milyon dollardan çox zərər dəyib:
“Bu zərərdə Azərbaycanın da payı var. Körfəz ölkələri müharibədən əvvəl ən çox turist qəbul edən istiqamətlər sırasında idi. Hazırda isə həmin ölkələrə turist axını azalıb. Bu isə alternativ istiqamət kimi Azərbaycanın imkanlarını artırır”.
Ekspertin sözlərinə görə, qarşıdan gələn yay mövsümündə yerli turistlərin ən çox üz tutacağı istiqamətlər Türkiyə, Yunanıstan, Misir və Monteneqro olacaq. Eyni zamanda bu ölkələrdən Azərbaycana da turist axını gözlənilir:
“Türkiyə istiqamətində – Antalya və Bodrum üçün 2 nəfərlik gediş-dönüş bileti, transfer və gündə üç dəfə qidalanma daxil olmaqla 1 həftəlik tur paketlərin qiyməti 850 dollardan başlayır. Yunanıstanın Krit adasına tur paketlər 2000–2500 avro civarındadır. Misirin Şarm əl-Şeyx istiqamətində isə qiymətlər nisbətən daha münasibdir – iki nəfər üçün 1 həftəlik paket 1300–1500 dollar təşkil edir. Monteneqroda isə qiymətlər 2500–3000 avrodan başlayır”.
Beləliklə, mövcud vəziyyət fonunda maraq daha çox ölkədaxili turizmə yönəlir. Quba, Qusar, Qarabağ və cənub bölgələrinə tur paketlərinə tələbat artıb. Hazırda regionlarda hotel qiymətləri bir gecə üçün 100–250 manat arasında dəyişir.
Тег #ABŞ-İsrail-İran müharibəsi используется
- Netanyahu müharibənin növbəti mərhələsi haqqında fikirlərini söylədi - Baku TV
- Büdcə siyasətinin hədəfləri açıqlanıb | Trampın İrandan sonrakı hədəfi - YENİ BİR SƏHƏR
- Macarıstan üçün seçim: Türk dünyası ilə davam, yoxsa dönüş? | İrandan ABŞ-yə mesaj - YENİ BİR SƏHƏR
- ABŞ və İran rəsmi olmayan gərgin status-kvoya keçərək, iqtisadi təzyiqləri artıracaq?
- Hörmüz boğazında kritik anlar | Bakı Bulvarında çiçəkləri kim yararsız hala salıb? - YENİ BİR SƏHƏR
